Icma.az
close
up
RU
​Rusiya Konstitusiyasını yazan türk Ebzeyev vəfat etdi

​Rusiya Konstitusiyasını yazan türk Ebzeyev vəfat etdi

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Rusiya Konstitusiyasının müəlliflərindən biri olan Boris Ebzeyev vəfat edib.

“AzPolitika” xəbər verir ki, Rusiya MSK-sının mətbuat xidməti hüquq elmləri doktoru, professor, 2011-ci ildən 2026-cı ilə qədər Rusiya Mərkəzi Seçki Komissiyasının üzvü və Rusiya Konstitusiyasının müəlliflərindən biri olan Boris Ebzeyevin 76 yaşında vəfat etdiyi barədə rəsmi məlumat paylaşıb.

Bəyanatda deyilir: "Biz dövrlər arasında əlaqəni təcəssüm etdirən bir insanı itirdik: konstitusiya ədalətinin ilk addımlarından müasir seçki texnologiyalarına qədər".

Ebzeyev həmçinin Konstitusiya Məhkəməsinin hakimi və Rusiya Mərkəzi Seçki Komissiyasının üzvü idi.

Boris Səfəroviç Ebzeyev milliyətcə Qaraçay türküdür və 2008-ci ildən 2011-ci ilə qədər Qaraçay-Çərkəz Respublikasının Prezidenti olub.

30 oktyabr 1991-ci ildən 4 sentyabr 2008-ci ilə qədər isə Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsini daşıyıb. 14 mart 2011-ci ildən 30 mart 2026-cı ilə qədər Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının üzvü olub.

O, 25 fevral 1950-ci ildə Qırğızıstan SSR-in Frunze vilayətinin (indiki Qırğızıstanın Çuy vilayətinin Sokuluk rayonunun bir hissəsidir) Qızıl-Əsgər rayonunun Canı-Cer kəndində anadan olub. Ailəsi, digər qaraçaylılar kimi, 1943-cü ildə oraya sürgün edilib. 1957-ci ildə ailəsi ilə birlikdə vətəninə qayıdıb.

1972-ci ildə Saratov Hüquq İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1990-cı ildə hüquq professoru olub. Onun tədqiqat maraqlarına konstitusiya hüququ, hakimiyyət, suverenlik, azadlıq və insan hüquqları məsələləri daxildir. 200-dən çox elmi məqalənin, o cümlədən 25 kitabın — monoqrafiyaların, dərsliklərin, elmi və praktik şərhlərin müəllifidir.

Ebzeyev 12 dekabr 1993-cü ildə qəbul edilmiş Rusiya Federasiyası Konstitusiyası layihəsinin və Qaraçay-Çərkəz Respublikasının Konstitusiyasının həmmüəlifidir.

Maraqlıdır ki, Boris Ebzeyev 2011-ci ildə, Dmitri Medvedevin vaxtında Qaraçay-Çərkəz Respublikası Prezidenti vəzifəsindən öz istəyi ilə istefa verib. Həmin vaxt o bəyan etmişdi ki, "Qaraçay-Çərkəzdəki sosial-iqtisadi vəziyyət ölkə prezidentinin qoyduğu tapşırıqları yerinə yetirmək üçün yetərli deyil”.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 24 Avqust 2026 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see300

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see300

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see279

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see275

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see264

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see261

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see253

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see247

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see240

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see236

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see234

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see234

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see232

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see218

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see217

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see213

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see208

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see208

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see200

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri