Icma.az
close
up
RU
Rusiya kosmosa insan göndərmək imkanını itirə bilər

Rusiya kosmosa insan göndərmək imkanını itirə bilər

Reyting.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Baykonur kosmik uçuş mərkəzində "Soyuz" raketinin uğursuz buraxılışı nəticəsində kosmodromun sahəsi zədələnib. Bu səbəbdən Rusiya öz astronavlarının uçuşlarını təxirə salıb.
Reyting.az
xəbər verir ki, noyabrın 27-də Rusiya kosmik gəmisi "Soyuz MS-28"in buraxılışından sonra 31-ci meydançada xidmət kabinası qəfil, həm də naməlum səbəblərdən çöküb. Hadisə ilə bağlı çox fərqli açıqlamalar verilsə də, bəzi ekspertlərin fikrincə, qəza diqqətsizlik ucbatından baş verib.
Bildirilir ki, məsuliyyətli yoxlamalar aparılmadığı üçün Baykonur kosmodromunda start masasının böyük hissəsi Rusiya kosmik raketinin uçuşu vaxtı gözlənilmədən aşağıya doğru sürüşüb və bu da çökməyə səbəb olub.
Kosmos populyarizatoru Vitali Yeqorovun sözlərinə görə, translyasiyada qazötürücü kanalda olması qadağan edilən iri bir metal konstruksiya görünüb. O, əvvəlcə bunun startdan əvvəl raketin hazırlığı üçün çıxan, start anında isə qoruyucu divarın arxasına çəkilən xidmət "eyvanı" ola biləcəyini deyib.
Raket buraxılış analitiki və rusiyalı ekspert Georgi Trişkin isə xatırladıb ki, bura 31-ci meydançadır, üstəlik, Rusiyanın MKS-ə insanlı missiyalar göndərməsi üçün yeganə start yeridir.
Trişkin "Soyuz" və "Proqress" gəmilərinin uçuşlarının qeyri-müəyyən müddətə təxirə salınacağını güman edir.
Baş verən hadisə ilə Rusiya faktiki olaraq kosmosa insan göndərmək imkanını itirib. Bir çox yerli və əcnəbi medianın, eləcə də jurnalistlərin cəhdlərinə baxmayaraq, rəsmi qurum kimi cavabdehlik daşıyan, Rusiyanı kosmosda təmsil edən "Roskosmos" hadisə ilə bağlı şərh verməyib.
Oqtay QORÇU
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:191
embedMənbə:https://reyting.az
archiveBu xəbər 28 Noyabr 2025 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see297

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see280

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see263

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see251

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see235

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see232

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see230

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see223

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see215

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see214

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see211

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see210

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see206

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see205

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see201

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see199

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see196

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see195

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see192

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri