Icma.az
close
up
RU
Rusiya Kramatorsk şəhərini 7 PUA ilə vurdu: ölən var

Rusiya Kramatorsk şəhərini 7 PUA ilə vurdu: ölən var

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ukraynanın şərqindəki Kramatorsk şəhərində Rusiya pilotsuz təyyarəsinin hücumu nəticəsində bir nəfər ölüb.

Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, bu barədə şəhər şurasından bildirilib.

Xəbərdə deyilir ki, hücum nəticəsində yanğın baş verib. Şura “Telegram” sosial şəbəkəsində yazıb: "Kramatorsk kütləvi hücumun qurbanı oldu. Yeddi pilotsuz təyyarə 30 dəqiqə ərzində şəhəri vurdu:

“İlkin məlumatlara görə, partlayış nəticəsində 1961-ci il təvəllüdlü bir nəfər ölüb. Təhsil müəssisəsi və yaşayış binalarına ciddi ziyan dəyib”. 
Məlumat üçün bildirək ki, oktyabrın 23-də “Freedom” televiziyasının iki ukraynalı jurnalisti Aliona Qramova və Evgen Karmazine Kramatorskdakı yanacaqdoldurma məntəqəsində avtomobilin içində olarkən Rusiyaya məxsus pilotsuz uçan aparat tərəfindən öldürülüb.

Bundan başqa, Xarkov vilayətində (şimal-şərq) Rusiyaya məxsus pilotsuz uçan aparat bazar ertəsi axşam saatlarında bir avtomobili vurub, Xarkov vilayət prokurorluğunun məlumatına görə, 16 yaşlı oğlan da daxil olmaqla, üç sərnişin yaralanıb. Qüvvələri daha yaxşı təchiz edilmiş və sayca çox olan Rusiya Ukraynanın şərqində, xüsusən də döyüşlərin əsas hissəsinin cəmləşdiyi Donetsk bölgəsində irəliləməyə davam edir. Bazar ertəsi Moskva orada daha üç kəndi ələ keçirdiyini iddia edib.

Qeyd edək ki, Rusiya həftələrdir ki, qış fəsli yaxınlaşdıqca temperaturun aşağı düşməsi fonunda Ukraynanın enerji infrastrukturu və dəmir yolu şəbəkəsinə qarşı bombalama kampaniyasını gücləndirir. Kiyev də öz növbəsində Rusiyadakı neft bazalarını, emal zavodlarını və digər obyektləri müntəzəm olaraq hədəfə alır. Rusiyanın müdafiə naziri Ukraynaya məxsus 37 hücum pilotsuz təyyarəsinin ələ keçirildiyini bildirib.

Aydın Baxış

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:183
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 11 Noyabr 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see569

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see302

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see292

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see286

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see280

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see280

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see273

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see252

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see247

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see240

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see239

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see231

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see226

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see226

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see226

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see221

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see220

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see219

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see218

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri