Rusiya Lvovu saatda 13 min km sürətlə hərəkət edən raketlə vurub Video
Icma.az, Yeniavaz saytına istinadən bildirir.
Ötən gecə Rusiya qüvvələri Ukraynanın paytaxtı Kiyevə dron və raketlərdən istifadə edərək daha bir hücum təşkil edib.
Yeniavaz.com xəbər verir ki, Kiyev meri Vitali Kliçkonun “Telegram” kanalında yerləşdirilən məlumata görə, Darnitski rayonunda Rusiya pilotsuz təyyarəsi tərəfindən zədələnmiş evin yaralı sakinlərinə kömək edən həkim də daxil olmaqla, dörd nəfər həlak olub.
O bildirib ki, Kiyevdə Rusiyanın birgə hücumu nəticəsində 4 tibb işçisi də daxil olmaqla 19 nəfər yaralanıb, həmçinin elektrik və su təchizatında fasilələr yaranıb.
Dünən gecə Rusiya qüvvələri Ukraynanın Lvov şəhərinə də raket hücumu həyata keçirib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, zərbə vacib bir obyekti hədəf alıb. Konkret obyektin adı açıqlanmayıb.
Ukrayna Hərbi Hava Qüvvələrinin rabitə şöbəsinin rəisi Yuri İxnat Lvov bölgəsinə raket hücumunun Rusiyanın Həştərxan vilayətindəki Kapustin Yar təlim poliqonundan atıldığını bildirib. “Oreşnik” raket kompleksinin bu poliqonda yerləşdiyi bildirilir.
Ukrayna Hərbi Hava Qüvvələrinin Qərb Komandanlığı Rusiya qoşunlarının Lvov şəhərinə saatda 13 min kilometr sürətlə hərəkət edən ballistik raketlə hücum etdiyini bildirib.
Bu mövzuda digər xəbərlər:Rusiya Lvovu “Oreşnik” raketi ilə vuru
09 Yanvar 2026 08:25
Sürətlə hərəkət edən maşın piyadanı keçiddə vurub öldürdü ANBAAN VİDEO
23 Dekabr 2025 11:55
Yüksək sürətlə hərəkət edən SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ! VİDEO
03 Mart 2025 11:43
Bugatti ni saatda 414 km sürətlə SÜRDÜ VİDEO
30 Noyabr 2025 16:58
Rusiya Kiyevi bu raketlə VURUB
24 May 2026 13:07
Baxış sayı:137
Bu xəbər 09 Yanvar 2026 11:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















