Icma.az
close
up
RU
Yüksək sürətlə hərəkət edən SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ! VİDEO

Yüksək sürətlə hərəkət edən SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ! VİDEO

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Yağış və ya qar sonrası sürücülərin bilməli olduqları vacib məqamlar.

Bu barədə Baş DYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat verib. Yağış və qar sonrası təkərlərin yollarda olan su gölməçəsinə düşməsi sürücülər üçün ciddi təhlükə yarada bilər. Bu hadisə, xüsusilə yüksək sürətlə hərəkət edən avtomobillərdə "aquaplaninq" (su üzərində sürüşmək) adlanan təhlükəli vəziyyətə səbəb ola bilər. Aquaplaninq zamanı təkərlər yol səthi ilə təmasını itirir və avtomobil sanki suyun üzərində üzməyə başlayır. Nəticədə sürücü idarəetməni tam itirir.

Aquaplaninq necə baş verir?

Aquaplaninq - təkərlər altındakı suyu kənara ata bilmədikdə yaranır. Normal şəraitdə təkərin protektorları suyu kənara yönəldərək yol səthi ilə təması təmin edir ki, bu da sürücünün lazım olan anda avtomobilin hərəkət istiqamətini dəyişməsinə yardımçı olur. Lakin:
* Yolun su ilə örtülməsi,
* Sürətin yüksək olması,
* Təkərlərin aşınmış və ya havasının az olması kimi hallarda şinlərin suyu kənarlaşdırması prosesi natamam icra edilir və nəticədə idarəetmə çətinləşir, bəzən isə tamamilə mümkünsüz olur. 
Sürücülər nə etməlidir?
Aquaplaninqin qarşısını almaq və bu vəziyyətdə düzgün reaksiya vermək üçün aşağıdakı qaydalara əməl etmək vacibdir:

✅ Sürəti hava şəraitinə uyğun tənzimləmək – Yağışlı hava şəraitində və yaş yollarda yüksək sürətlə hərəkət etdikdə avtomobilin sürüşmə riski artır.
✅ Təkərlərin vəziyyətini mütəmadi yoxlamaq – Aşınmış təkərlər suyu düzgün şəkildə kənara ata bilmir. Təkərlərin protektor dərinliyi az olduqda, yol tutumu zəifləyir və avtomobilin sürüşmə ehtimalı artır.
✅ Təkər təzyiqinə nəzarət etmək – Həddindən artıq aşağı və ya yüksək təzyiqli təkərlər aquaplaninq riskini artırır.
✅ Qəfil manevrlərdən və kəskin əyləcləmədən çəkinmək – Yaş yolda qəfil sükanı çevirmək və ya əyləcə basmaq avtomobilin nəzarətdən çıxmasına səbəb ola bilər. Ələlxüsus da avtomobilin bir tərəfi qismən quru, digər tərəfi isə gölməçəyə düşdüyü məqamlarda. 
✅ Təkərlər yaxşı vəziyyətdə olsa belə, ehtiyatlı olmaq – Hətta yeni təkərlərlə də yüksək sürətlə su gölməçəsinə daxil olduqda aquaplaninq riski var.
Təhlükəsiz sürüş üçün hər zaman hava və yol şəraitinə uyğun sürət seçmək və buna uyğun hərəkət etmək tövsiyə olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 03 Mart 2025 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see549

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see408

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see275

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see272

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see263

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see260

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see246

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see234

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see233

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see233

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see226

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see226

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see222

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see221

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see216

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see189

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see183

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see181

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see178

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri