Icma.az
close
up
RU
Rusiya masada şərt diktə edə bilməz Şahin Cəfərli

Rusiya masada şərt diktə edə bilməz Şahin Cəfərli

Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


“Berlində ABŞ nümayəndə heyəti ilə dünənki görüşdə Zelenski Donbasdan çıxmaq barədə təklifi növbəti dəfə rədd edib. Danışıqlar bu gün davam edəcək.

ABŞ kəşfiyat strukturlarına etimadı olmayan Tramp və yaxın çevrəsi güman ki, Rusiya təbliğatının təsiri ilə özünü inandırıb ki, Ukrayna uduzur və onsuz da Rusiya həmin əraziləri ələ keçirəcək, ona görə də bəri başdan o torpaqlardan çıxmaq məsləhətdir. Halbuki cəbhədəki vəziyyət və rus ordusunun irəliləyiş tempinə dair rəqəmlər bunun əksini deyir”.

Bakupost.az xəbər verir ki, bu barədə jurnalist, siyasi şərhçi Şahin Cəfərli bildirib.

Onun sözlərinə görə, son 3 il 8 ay ərzində (44 ay və ya 1350 gün) Rusiya ordusu Donetsk vilayətinin 23 faizini işğal edib:

“Hazırda Ukrayna ordusu Donetskin elə bu qədər hissəsinə – 22,6 faizinə nəzarət edir. Rusiya bu əraziləri də işğal edə bilər, amma bunun üçün vaxt, bir neçə yüz min əsgər itkisi və yüz milyardlarla dollar xərc lazım olacaq. Belə vəziyyətdə olan tərəf masada şərt diktə edə bilməz.

2022-ci ilin martındakı İstanbul danışıqları zamanı Rusiyanın təslimçi sülh şərtləri ortaya qoymasına əsas var idi, çünki rus qoşunları Kiyevin ətrafına qədər gəlmişdi (düzdür, martda hücum artıq tormozlanmışdı və logistikası kəsilən işğalçılar geri çəkilirdi), eyni zamanda rus ordusu Xerson və Nikolayev istiqamətində Dneprin sağ sahilinə keçərək həyati əhəmiyyətli məntəqə olan Odessaya da təhlükə yaradırdı. İndi vəziyyət o vaxtkından xeyli yaxşıdır.

Məlum olduğu kimi, İstanbulda kapitulyasiyanı rədd etdikdən sonra Ukrayna ordusu rusları həm Kiyev, Çerniqov və Sumı vilayətlərindən qovdu, həm də Xerson və Xarkov vilayətlərində geniş əraziləri, o cümlədən Xerson şəhərini azad etdi. Lakin hələ də "İstanbul danışıqlarında şərtlər daha yaxşı idi və Ukrayna o zaman sülhü rədd etməklə səhv etdi" deyənlər var. Görünür, bu adamlar 2022-ci ildə hərbi əməliyyatların gedişini izləməyib və İstanbulda (ondan öncə Belarusdakı ilk müzakirələrdə) Rusiyanın irəli sürdüyü tələblərdən xəbərsizdir”.

Lalə, BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:236
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 15 Dekabr 2025 18:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see577

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see531

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see442

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see393

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see300

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see275

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see262

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see242

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see239

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see236

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see234

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see219

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see211

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see210

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see209

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see209

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see203

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see202

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri