Rusiya miqrantlarla bağlı qanunu sərtləşdirir
Icma.az, Reyting.az portalına istinadən məlumat yayır.
Rusiya Federasiyasına daxil olan miqrantlardan virus daşıyıcısı olmamaları ilə bağlı arayış tələb edəcəklər.
Reyting.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Əmək, Sosial Siyasət və Veteranlarla İş üzrə Komitəsinin rəhbəri Yaroslav Nilov bildirib.
“Rusiyaya işləmək üçün gələn əcnəbilər öz problemlərini ölkəmizə gətirməməli, bizim problemlərimizi həll etməlidirlər”,- o qeyd edib.
Nilovun sözlərinə görə, müvafiq qanun layihəsi baxılmaq üçün Dövlət Dumasına təqdim edilir.
Siyasətçi bildirib ki, miqrantlar sərhədi keçərkən etibarlı tibbi sığorta, HİV, B və C hepatitləri, sifilis və vərəmə yoluxmama haqqında arayış təqdim etməli olacaqlar.
Onlar, həmçinin orqanizmdə narkotik və psixotrop maddələrin olmadığını təsdiq edən test nəticələrini təqdim edəcəklər.
“Bu sənədlər olmadan miqrantlar Rusiya sərhədindən keçə bilməyəcəklər”,- deyə deputat əlavə edib.
V. QULİYEV

Rusiya miqrantlarla bağlı bu qanunu QƏBUL ETDİ KONKRET
20 May 2025 17:43
Aİ qeyri qanuni miqrantlarla mübarizəni sərtləşdirir
12 Mart 2025 11:00
“Rusiya azərbaycanlı miqrantlarla bağlı siyasətini dəyişir” ŞƏRH
18 Fevral 2025 17:46
Azərbaycanlıların nəzərinə: Rusiya miqrantlarla bağlı sərt tədbirlərə başladı
15 Noyabr 2024 06:02
Rusiya ölkəyə giriş qaydalarını sərtləşdirir
09 İyun 2025 20:51

