Putin miqrantlarla bağlı qanunu imzaladı
Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
Rusiya Prezidenti Vladimir Putin miqrasiya sahəsində rüsumların artırılması barədə qanunu imzalayıb.
“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, sözügedən sənəd bir aydan sonra qüvvəyə minəcək.
Qanuna əsasən, Rusiya pasportunun alınmasına və ya Rusiya vətəndaşlığından çıxmağa görə rüsum 12 dəfə - 4200 rubldan (təxminən 95 AZN) 50000 rubla (təxminən 1130 AZN) qədər, Rusiya ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsinə görə rüsum 8 dəfə - 1920 rubldan (təxminən 43 AZN) 15000 rubla (təxminən 340 AZN) qədər, yaşayış icazəsinin verilməsinə görə rüsum isə 5 dəfə - 6000 rubldan (təxminən 135 AZN) 30000 rubla (təxminən 680 AZN) qədər artırılıb.
Bununla yanaşı, miqrantların işə cəlb edilməsi üçün icazələrin verilməsinə görə rüsum da artırılaraq, hər bir xarici mütəxəssis üçün 15000 rubla (təxminən 340 AZN) çatdırılıb.
Baxış sayı:130
Bu xəbər 27 İyun 2026 11:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















