Icma.az
close
up
RU
Rusiya müharibədə insan resursu çatışmazlığını miqrantları cəbhəyə sürgün etməklə örtməyə çalışır

Rusiya müharibədə insan resursu çatışmazlığını miqrantları cəbhəyə sürgün etməklə örtməyə çalışır

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

“Müharibənin davam etdiyi bir vaxtda insan resurslarında ciddi çatışmazlıq yaşayan Rusiya Federasiyası, bu boşluğu doldurmaq üçün qeyri-qanuni və qeyri-insani üsullara əl atmaqda davam edir. Xüsusilə miqrantlar üzərində aparılan təzyiq və məcburetmə siyasəti son dövrlərdə daha da güclənmiş və sistematik xarakter almışdır. Müxtəlif ölkələrdən Rusiyaya gəlmiş əmək miqrantları - əsasən Mərkəzi Asiya ölkələrindən olan şəxslər - müharibəyə cəlb olunmaq məqsədilə müxtəlif yollarla təhdid olunur, aldadılır və zorla döyüş bölgələrinə göndərilirlər. Bu şəxslərə qarşı narkotik vasitələrinin daşıyıcısı olmaqda, törətmədikləri cinayətlərdə iştirakda günahlandırma halları çoxalıb. Onların məhkəmə və hüquq-mühafizə orqanları vasitəsilə süni şəkildə cinayət məsuliyyətinə cəlb edilməsi, daha sonra isə bu cəzalardan azad edilmək əvəzinə müharibəyə getmək "təklifləri" reallaşır. Ailə üzvləri və yaxın qohumlarının təhlükəsizliyi ilə bağlı təhdidlər, iş və yaşayış icazələrinin ləğvi ilə qorxutmalar və saxta sənədlərlə manipulyasiya bu prosesin əsas alətləridir”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Azər Allahverənov danışıb. Deputat qeyd edib ki, bütün bu təzyiqlər nəticəsində miqrantlar məcburiyyət qarşısında qalaraq razılaşmalı olurlar.

Azər Allahverənov

“Müharibəyə göndərilən miqrantlara əvvəlcədən vəd edilən maliyyə kompensasiyaları, hüquqi təminatlar və vətəndaşlıq vədləri yerinə yetirilmir. Qayıdan şəxslər isə ya yenidən zorla cəbhəyə göndərilir, ya da əvvəlki razılaşmaların pozulması ilə şantaj olunurlar. Bu, onların fiziki və psixoloji sağlamlığına, həmçinin ailələrinin rifahına ciddi zərər vurur”-deyən deputat vurğulayıb ki, yalnız miqrantlar deyil, Rusiya vətəndaşı olan, lakin etnik azlıqlara mənsub şəxslər də bu sistematik təqib və məcburetmənin hədəfinə çevrilir. Milli kimliklərinə görə ikinci dərəcəli vətəndaş kimi rəftar olunan bu insanlar da eyni cür zorakılıqlarla üzləşirlər. Bu hallar əsasən Tatarıstan, Başqırdıstan, Dağıstan, Buryatiya və digər milli respublikalarda müşahidə olunur.Yekaterinburq və digər iri şəhərlərdə artıq bu tip hadisələrin mediaya sızması və sosial şəbəkələrdə geniş yayılması mövcud problemin miqyasının yalnız lokal deyil, bütün ölkəni əhatə etdiyini göstərir. Müxtəlif regionlarda bəzən yerli məmurlar və hüquq-mühafizə orqanlarının nümayəndələri bu prosesi özlərinə siyasi dividendlər qazandırmaq vasitəsinə çevirərək, "vətənpərvərlik" adı altında insan haqlarının kobud şəkildə pozulmasına bəraət qazandırmağa çalışırlar. Beləliklə, dövlət strukturları bu təzyiqləri leqallaşdırmaq üçün süni rasionallar yaradır və cəmiyyətə qorxu mühiti aşılayır”-deyə Azər Allahverənov bildirib.

Deputat qeyd edib ki, son dövrlərdə Rusiya rəhbərliyinin və xüsusilə də Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin verdiyi açıqlamalar, miqrantların müharibəyə cəlb olunması ilə bağlı ictimaiyyətin narahatlıqlarını təsdiqləyən açıq etiraf kimi qiymətləndirilməlidir.

“Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin səsləndirdiyi statistika və detallı məlumatlar, Rusiyanın insan resursları çatışmazlığı fonunda miqrantlara qarşı apardığı təzyiq və məcburetmə siyasətinin dövlət səviyyəsində təşkil olunduğunu göstərir. Bu etiraflar, xüsusilə Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrindən olan miqrantların necə sistemli şəkildə müharibəyə cəlb edildiyini rəsmi təsdiq edir. Nəticə etibarilə, Rusiyada müharibəyə insan cəlb etmək məqsədilə aparılan bu siyasət həm beynəlxalq hüquq, həm də humanitar prinsiplərlə ziddiyyət təşkil edir və ciddi insan hüquqları pozuntularına səbəb olur”-deyə Azər Allahverənov əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 30 İyun 2025 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see176

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see170

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see143

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see133

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see132

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see131

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see127

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri