Icma.az
close
up
RU
Rusiya NATO nu “dişinə” vurdu: Cavab almasa, nələr edəcək...

Rusiya NATO nu “dişinə” vurdu: Cavab almasa, nələr edəcək...

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Birincisi, Rusiya Prezidenti Vladimir Putin NATO-nu test edir, özü də bu addımı ŞƏT (Şanxay Əməkdaşlıq Təşkilatı) sammitindən sonra atır. Çox güman, Çin və Hindistan Rusiyaya orta əsrlərdə qala qapılarını açmaq, qırmaq üçün istifadə olunan “qoç başı” kimi baxır, Kremlə ona görə dəstək verirlər ki, Moskva məhz bu funksiyanı yerinə yetirsin, Putinin bu rolu oynamaqdan başqa seçimi yoxdur, çünki Pekin və Dehlidən çox asılıdır.

Axar.az xəbər verir ki, bu sözləri siyasətçi Natiq Cəfərli Rusiyanın Polşaya 10 sentyabrda PUA-larla hücum etməsi haqda bildirib.

O qeyd edib ki, Qərb “qlobal cənubu” daha çox sıxmağa başlayan kimi, onlar da öz “qoç başları” ilə Qərbin qapısını, NATO adlı “qalasını” döyməyə başlayırlar:

“İkincisi, Rusiya rəsmi açıqlamalarda NATO ölkələrini hədəf almadığını dəfələrlə bəyan etsə də, təhlükə illüziyası yaratmaqla, hibrit təsirləri artırmaqla NATO ölkələrini daha çox öz təhlükəsizlikləri haqqında düşünməyə, davranmağa vadar edir. Yəni əgər Polşa, Rumıniya, Macarıstan və Baltik ölkələrinin hava məkanlarına DAİMİ təhlükə olacaqsa, sizcə, əlavə “Patriot” hava müdafiə sistemlərini Ukraynaya verəcəklər, yoxsa NATO hava məkanının müdafiəsini gücləndirəcəklər?! Məncə, cavab aydındır, zatən “Patriot”lar çatmır, əgər NATO-ya təhlükə artmasa, əldə olanları Ukraynaya daha rahat verə bilərdilər, indi bu, sual altına düşür. Rusiya üçün məqbul ssenari də məhz budur: “Əlinizdə olanı Ukraynaya verməyin, özünüzə təhlükə var, artacaq, öz hava məkanınızı qoruyun”. Yəni Putin bu addımlarını artıracaq, dronlar daha tez-tez “təsadüfən” NATO ölkələrinə tərəf uçacaqlar.

Üçüncüsü, Polşaya 17 rus dronunun qalıqları düşüb, dəqiq məlum olan budur ki, onların üçünü F-35 təyyarələri “AIM-9 Sidewinder” raketləri ilə vurub. Həmin raketin 1 ədədi 400 min avrodur, Polşa tərəfə uçan dronların dəyəri isə 30 min avrodur. NATO 90 min avro dəyəri olan 3 dronu vurmaq üçün 1,2 mln. avro xərcləyib. Dəyər məsələsi vacibdir, amma daha ciddi təhlükə odur ki, Rusiya bir gündə 1000 ədəd 30 min avroluq dron istehsal edə bilir, 400 min avroluq “AIM-9 Sidewinder” raketinin istehsalı daha çətindir, NATO ölkələrinin ehtiyatlarını nəzərə almasaq (bilinmir nə qədərdir), NATO ölkələri bir ilə 1000-1500 belə raket istehsal edə bilər. Yəni Rusiya 10 gün NATO ölkələrinə tərəf gündə 100 dron buraxsa, NATO ölkələrinin 1 illik istehsal etdiyi raketlər bitəcək.

NATO nə etməlidir və ya nə edə bilər?

NATO bu çağırışlara, təhlükələrə adekvat və sərt cavab verməsə, NATO-Rusiya “müharibəsi” Rusiyanın üstünlüyü ilə davam edəcək. Ukrayna ilə sərhəddə yerləşən NATO ölkələri dərhal qərar verməli, Ukrayna hava məkanı qapadılmalıdır. Bunun üçün əsaslar yaranıb – Rusiya Ukrayna üzərindən Polşaya dronlar göndərib. NATO qərar verməlidir ki, NATO-Ukrayna sərhədi onların təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyır və Rusiyanın Ukraynaya atdığı raket və drunların Polşa, Macarıstan, Rumıniyaya tərəf uçmayacağına zəmanət olmadı üçün onlar Ukrayna səmasında NATO qüvvələri tərəfindən vurulacaq. Bu məqsədlə NATO F-35-ləri AB ölkələri ilə Ukrayna sərhəddində daimi növbədə olacaqlar, yəni tək “Patriot”larla deyil, həm də F-35-lərlə Ukrayna hava məkanı nəzarətdə olacaq.

Bu addım MÜDAFİƏ məqsədi daşıyır deyə, Rusiyanın buna etirazı absurd olacaq, lap elə etiraz etsə də, NATO belə bir addım atsa, Moskva geri çəkilmək haqqında düşünəcək. Yox əgər NATO “kağız aslan” olduğunu göstərsə, ancaq boş-boş bəyanatlar vermək üçün fəaliyyət göstərdiyi sübut olunsa, Kremlin NATO-nu dişinə vurması əməliyyatları daha da artacaq.

Qərb Ukrayna xalqının fəryadlarına, mübarizəsinə artıq adekvat cavab verməyə başlamalıdır, olmaz belə, yazıqdı o xalq, o dövlət...”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://axar.az
archiveBu xəbər 12 Sentyabr 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see241

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see229

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see198

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see183

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see163

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see163

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see154

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see151

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see150

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri