Rusiya NATO ölkəsinə görə təlaşa düşdü: Hər şeyi edəcəklər!
Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Finlandiya NATO üzvü kimi ona deyilən hər şeyi edəcək, ona görə də Moskva şimal-qərb regionunda təhlükəsizliyini gücləndirmək barədə düşünməyə məcburdur”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının daimi üzvü, prezidentin ətraf mühitin mühafizəsi, ekologiya və nəqliyyat üzrə xüsusi nümayəndəsi Sergey İvanov deyib.
Bu barədə o, “Finlandiya Rusiyaya hücum edə bilərmi”, sualına cavab verərkən danışıb.
“Onlar özləri heç nəyə qərar verə bilməzlər”, – deyə İvanov bildirib.
O, Soyuq Müharibə başlayandan sonra Helsinkinin Moskva ilə normal münasibətləri kəsmək qərarının nəticələrini də şərh edib:
“Finlandiya 2023-cü ildə NATO-ya üzv olduqdan sonra onu qismən itirdik. Hərbi-siyasi nöqteyi-nəzərdən, indi nəzərə almalıyıq ki, biz yeni NATO üzvü ilə nəhəng sərhədi paylaşırıq. Bu, əvvəllər mövcud deyildi. Ona görə də şimal-qərbdə təhlükəsizliyimizi gücləndirmək üçün tədbirlər haqqında düşünməliyik”.
Qeyd edək ki, bundan əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Helsinkinin müharibəyə hazırlaşdığını demişdi.
Əliyar Xəlil
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 20 Sentyabr 2025 14:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















