Icma.az
close
up
RU
Rusiya NATO sərhədindən XÜSUSİ REPORTAJ

Rusiya NATO sərhədindən XÜSUSİ REPORTAJ

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Onu Arktikanın paytaxtı, Şimal Qütb dairəsindən yuxarıda yerləşən yeganə donmayan şəhər də adlandırırlar. Dünyada nüvə silahları daşıyan hərbi gəmi və sualtı qayıqların ən böyük bazası məhz bu şəhərdə yerləşir. Şimal qonşumuz Rusiyanın Murmansk şəhərində… NATO-nun iki ölkəsi ilə həmsərhəd olan, Rusiyanın bütün qışı gün işığına həsrət qalan, məşhur şimal işıqlarının göründüyü regionu Murmanskdan APA-nın Rusiya üzrə xüsusi müxbiri Fərid Əkbərovun hazırladığı reportajı təqdim edirik.

Norveçə 215, Finlandiyaya 250 km məsafə…

Rusiyanın NATO ilə sərhəd olan regionundayıq. Bura dünyanın Şimal Qütb dairəsindən yuxarıda yerləşən ən böyük şəhəri - Murmanskdır. Murmanskdan Norveçlə sərhədə qədər olan məsafə 215 kilometr, digər NATO ölkəsi Finlandiya ilə sərhədə qədər olan məsafə isə 250 kilometrdir.

Rusiya imperiyası dövründə, ötən əsrin 16-17-ci illərində salınan bu şəhər ilk olaraq “Romanov na Murmane” adlandırılıb. "Murman" sözünün Skandinaviya dillərində "şimal adamı" mənasını verən "norman" sözündən yarandığı bildirilir. Tarixçilər rusların əvvəllər norveçliləri "murmanlar" adlandırdıqlarını da qeyd edirlər.

Sahillərini Barents dənizi və Kola körfəzinin sularının yuduğu Murmansk həm də Rusiyanın ən böyük liman şəhərlərindən biridir. Murmansk Rusiyanın Arktika regionunda, Şimal Qütb dairəsindən yuxarıda yerləşən donmayan yeganə limanı hesab olunur.

Bütün qışı Günəş işığına həsr qalan insanlar

İsti Şimali Atlantika cərəyanı sayəsində Murmansk limanı qışda donmur və bu, onu Rusiyanın şimal və şimal-qərbindəki digər limanlardan ilboyu gəmiçiliyə əlverişli olmağı ilə fərqləndirir. Şimal Qütb dairəsindən yuxarıda yerləşdiyindən bu regionda iki ay -mayın 22-dən iyulun 22-dək qütb günləri, 40 gün - dekabrın 2-dən yanvarın 11-dək qütb gecələri müşahidə olunur. Qış aylarında Murmansk sakinləri demək olar günəş işığına həsrət qalırlar. Bu da region əhalisində D vitamini çatışmazlığına səbəb olur. Ona görə də, əhali tez-tez qrip, soyuqdəymədən əziyyət çəkir. 2024-cü ildən Murmanskda D vitamini çatışmazılığının qarşısını almaqdan ötrü “vitaminləşdirmə” adlandırılan qubernator layihəsi həyata keçirilir.

Murmansk vilayəti Tibb Mərkəzinin Baş həkiminin müavini Nataliya Petuxova bildirir ki, layihə çərçivəsində əhalinin D vitamini çatışmazlığı yoxlanılır: “İnsanlardan qan analizi götürülür. Analizin cavabından asılı olaraq D vitamini çatışmazlığı müəyyən olunarsa, həmin şəxsə pulsuz D vitamini bioloji əlavəsi verilir. Bütün Murmansk vilayəti ərazisində 23 müayinə məntəqəsi fəaliyyət göstərir. Layihə həyata keçirilməyə başlayan gündən 82 mindən çox əhali müayinə olunub. Məlum olub ki, müayinə olunanların 72 faizindən çoxunda D vitamini çatışmazlığı aşkarlanıb. Məhz vitaminləşdirmə proqramı sayəsində 36 faiz insanda D vitamini səviyyəsi normala dönüb”.

Murmansk qubernatoru: “Həqiqətən də burada azərbaycanlılar çoxdur”

Günəşli günlərin sayının az olması amili və SSRİ-nin süqutundan sonra müşahidə olunan sosial-iqtisadi çətinlik regiondan əhalinin kütləvi sürətdə axın etməsinə səbəb olub. 1990-cı ildən 2002-ci ilə qədər Murmanskın əhalisinin 150 min nəfərə qədər azaldığı bildirilib. Rəsmi statistikaya görə, hazırda 265 minə yaxın əhalisi olan Murmanskda əhalinin sayına görə ruslar, ukraynalılar və belaruslardan sonra dördüncü yerdə azərbaycanlılar qərarlaşıb.

“Həqiqətən də burada azərbaycanlılar çoxdur. Onlar regionun iqtisadiyyatında öz yerlərini tuturlar. Bundan əlavə, Murmanskdakı Azərbaycan diasporunun rəhbərliyi çox fəaldır. Biz mütəmadi olaraq görüşlər, birgə tədbirlər keçiririk. Ümumiyyətlə, bizim regionda bütün xalqların nümayəndələri dinc, qarşılıqlı anlaşma şəraitində yaşayır və fəaliyyət göstərirlər”, - Moskvada Rusiya Xarici İşlər Nazirliyində akkreditə olunmuş xarici jurnalistlər qrupu ilə görüşdə Murmansk vilayətinin qubernatoru Andrey Çibis bildirib.

Murmansk Arktikanın paytaxtı da hesab olunur

Murmanskın 2030-cu ilə qədər strateji inkişaf planı “Na severe jit!” – “Şimalda yaşayın!” adlanır. Şimal deyəndə isə təbii ki, ağla ilk Arktika gəlir. Murmansk Arktikanın paytaxtı da hesab olunur. XX əsrdə dünya üçün kosmosun kəşfi nə idisə, bu gün Arktikanın da kəşfi o deməkdir. Arktikanın bu gün dünya üçün əhəmiyyəti o qədər artıb ki, hətta Rusiya və ABŞ prezidentlərinin görüşünün də Arktikada baş tutması bu baxımdan əhəmiyyətlidir.

Qubernator Çibis bildirir ki, Arktika bu gün qlobal gündəmi müəyyən edir: “Bu baxımdan Murmansk vilayəti Arktikada inkişaf üçün flaqman və vacib bir forpostdur. Murmanskın Şimal Dəniz Yolu və Trans-Arktika Nəqliyyat Dəhlizi üçün baza limanı olması faktoru isə Rusiyanın regionda ən vacib rəqabət üstünlüyüdür”.

Atom buzqıranı və Şimal Dəniz Donanması-Murmanskın simvolları

Regionda yerləşən unikal atom buzqıran donanması və Rusiya silahlı qüvvələrinin Şimal donanması Murmanskın simvollarına çevrilib.

“Lenin” adlı bu nəhəng gəmi dünyada nüvə enerjisi ilə işləyən ilk yerüstü buzqıran gəmidir. 1957-ci ildə inşa edilən bu gəmi 1959-cu ildə suya buraxılıb və 1989-cu ilə qədər gəmi Şimal Dəniz Marşrutuna xidmət göstərib və Rusiyanın Arktika regionunda fasiləsiz naviqasiyanı təmin edib. Gəmi 1989-cu ildən bu günə kimi muzey kimi fəaliyyət göstərir. 30 illik xidməti dövründə 654,4 min dəniz mili qət etmiş və 3740 su nəqliyyatına yol göstərmiş bu gəmi 13 mərtəbən ibarətdir. Gəminin 220 ekipaj üzvü olub. Hazırda Murmansk dəniz vağzalının sahilində dayanan “Lenin” atom buzqıran gəmisi 20-ci əsrin soyuq müharibə dövrünün simvollarından biri sayılır.

“Bu gəmidə ABŞ Prezidenti Riçard Nikson, Kuba lideri Fidel Kastro, Britaniya Baş naziri Mak Millen, Norveç və İsveç kralları olublar. Bir sözlə, dənizdə dinc atomun simvolu olmaq bu buzqıran gəminin əsas təbliğat vəzifəsi olub”, - “Lenin” buzqıran gəmisinin bələdçisi Vladimir Ulyanixin bildirir.

Bu gün dünyada buzqıran gəmi sayına görə Rusiya birinci yerdədir. Şimal qonşumuz 40-dan çox atom buzqıran gəmiyə sahibdir.

Nüvə silahları daşıyan hərbi gəmilər və sualtı qayıqların yerləşdiyi Severomorsk

Şimal-qərbdən Norveç, cənubdan isə Finlandiya kimi NATO ölkələri ilə həmsərhəd olması Murmanskı Rusiyanın hərbi cəhətdən mühüm strateji regionuna çevirib. Məhz bu səbəbdəndir ki, Rusiyanın şimal donanmasının əsas hərbi dəniz bazası məhz bu regionda - Murmanskdan 25 kilometr şimal-şərqdə yerləşən Severomorks şəhərində donanmanın qərargahı, hərbi gəmilərin və sualtı qayıqların parkinqi yerləşir.

NATO ilə sərhəd regionda qapalı şəhər olan, giriş və çıxışa xüsusi icazə tələb olunan Severemorskda Rusiyanın Şimal Donanmasının qərargahı, nüvə silahları daşıyan hərbi gəmilər və sualtı qayıqlar yerləşir. Severomorks Rusiyanın şimal donanmasının paytaxtı hesab olunur.

Təbiət möcüzəsi - Qütb işıqları

Murmanskın əsrarəngiz təbiəti - Kola körfəzi, ərazisindəki çoxsaylı gölləri, çayları, şəlalələri və dağ tundrası da daxil olmaqla, şimal mənzərələrinin unikal qarışığıdır. Regiona yerli və xarici turistləri cəlb edən isə sentyabr-mart ayları aralığında daha yaxşı şəkildə görünən Qütb işıqlarıdır. “Avrora” adlandırılan bu parıltılı işıqlar günəş küləyinin Yerin maqnit sahəsi ilə qarşılıqlı təsirindən yaranır və səmanı müxtəlif çalarlara - yaşıl, qırmızı və bənövşəyi rənglərə boyayır. Murmanskda səmada rəqs edən rəngli işıqları görmək üçün ən yaxşı vaxt axşam saat 22-dən gecə saat 3-ə qədər olan vaxtdır...

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:33
embedMənbə:https://apa.az
archiveBu xəbər 07 Noyabr 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see295

Şəbnəmin fanatına etdiyi hərəkət qınandı VİDEO

05 Noyabr 2025 22:09see221

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see220

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see210

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see198

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see147

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see146

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see140

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see140

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see136

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see133

TƏBİB də tabeli tibb müəssisələrinin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb

05 Noyabr 2025 18:44see132

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see132

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see132

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see129

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see129

“Belə bir fikir olsa, dəstəkləyərəm” Video

06 Noyabr 2025 01:58see128

Saatda 140 la gedən maşında intim əlaqədə oldular

06 Noyabr 2025 02:32see128

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see128

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri