Icma.az
close
up
RU
Rusiya nefti Gürcüstan vasitəsilə Avropaya “Gürcüstan nefti” adı ilə də sırınır... ARAŞDIRMA

Rusiya nefti Gürcüstan vasitəsilə Avropaya “Gürcüstan nefti” adı ilə də sırınır... ARAŞDIRMA

Icma.az bildirir, Moderator.az portalına istinadən.

"Ukraynada müharibə başlayan 2022-ci ildən bu günə qədər Gürcüstandan Avropa ölkələrinə neft ixracı 15 dəfə artıb..."

Gürcüstanın "Here’s the fact" Araşdırmaçı Jurnalistlər Birliyi  "Görünməz yük" - Rusiyadan Avropaya sanksiya olunmuş neft marşrutu" adlı araşdırmasını dərc edir.

Moderator.az-ın "Qruziya onlayn" nəşrinə istinadla təqdim etdiyi araşdırmada deyilir ki, söhbət sanksiyalara məruz qalan neftin Rusiyadan Avropaya ixracından və bu sxemdə Gürcüstanın rolundan gedir.

Jurnalistlərin məlumatına görə, 2023-2024-cü illərdə Gürcüstandan İspaniyaya ümumilikdə 49 milyon avro dəyərində 99 min ton gürcü (!) nefti gəlib.

Araşdırmaçı jurnalistlər bu təklifdə iki şübhəli hal müəyyən ediblər:

-Gürcüstan o qədər də neft hasil etmir;

-Bu ixrac məlumatları Gürcüstan Milli Statistika İdarəsinin (Sakstat, Qruzstat - red.) məlumat bazasında öz əksini tapmayıb, ancaq İspaniya məlumat bazasında var.

Araşdırmaçı jurnalistlərdən ibarət qrup bunun necə izah oluna biləcəyi ilə maraqlanıb: bu, sadəcə olaraq, məlumat bazalarına sızan texniki səhvdir, yoxsa Avropaya neft ixracı qadağan edilən və sanksiya tətbiq edilən məhsulun ixracı üçün alternativ yollara ehtiyacı olan Rusiyanın bütün bunlara müdaxiləsidir?

Məlumdur ki, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı təcavüzü artıq üçüncü ildir ki, davam edir. Təcavüzkarı zəiflətmək üçün sivil dünya ona qarşı sanksiyalar tətbiq edib. Məqsəd iqtisadiyyatı çökdürmək və nəticədə Rusiya Federasiyasının döyüş qabiliyyətini məhdudlaşdırmaq olub.

2022-ci ilin dekabrından etibarən Rusiya neftinin Avropa ölkələrinə satışı mərhələli şəkildə qadağan edilib.

2022-ci ilin sonundan etibarən Rusiyadan birbaşa Avropaya neft idxalı 24%-dən 4%-ə qədər azalıb. Araşdırmaçılar təklif ediblər ki, bu, Rusiyanın artıq neft sata bilməyəcəyi və əsas faydalı qazıntılar ehtiyatını itirməsi demək deyil.

Onlar hesab edirlər ki, sxem daha incə düşünülmüşdür.  Sanksiyalara görə ruslar qeyri-ənənəvi, yeni marşrutlara və satış bazarlarına keçməli olublar. Yəni sanksiyaya məruz qalan məhsulu satmaq üçün dolayı yollar tapıblar.

Rusiya-Avropa istiqaməti “Rusiya – üçüncü ölkə – Avropa” sxeminə keçib. Yük eyni qalıb.

“Bu barədə sizə əvvəllər demişdik ki, Gürcüstan ərazisi Rusiya üçün “qara dəlik”dir və Rusiya sanksiyalardan yayınmaq üçün bundan uğurla istifadə edir.

Rusiyaya sanksiyalara məruz qalan bahalı avtomobillər və sonradan döyüş meydanında istifadə olunan (son məhsul kimi - red.) ikili təyinatlı əşyalarla necə təmin etdiyimizi izah etmişdik. İndi sizə Gürcüstan ərazisinin təkcə Rusiya tədarükçüsü deyil, həm də ticarət vasitəçisi funksiyalarını necə mənimsədiyini söyləyəcəyik.

Əgər indiyə qədər Avropadan sanksiya tətbiq olunan məhsulların Gürcüstan üzərindən Rusiyaya daxil olduğunu eşidirdiksə, indi deyə bilərik ki, Rusiyadan da sanksiya tətbiq olunan məhsullar Gürcüstan üzərindən Avropaya daxil olur.

Beş ay ərzində biz Gürcüstanın, beynəlxalq və Avropa ölkələrinin rəsmi statistikasını öyrəndik, dörd müstəqil məlumat bazasından minlərlə məlumat bazaslnı müqayisə etdik, neft idxal edən və ixrac edən şirkətləri araşdırdıq, Rusiya yüklərinin Gürcüstan ərazisindən dəmir yolu və dəniz nəqliyyatı ilə daşınmasına nəzarət etdik və bir sıra ekspertlərlə müsahibələr apardıq.  Və nəhayət məlum oldu ki:

• Ukraynada müharibə başlayan 2022-ci ildən bu günə qədər Gürcüstandan Avropa ölkələrinə neft ixracı 15 dəfə artıb;

• Ukraynada müharibə başlayandan sonra Rusiya Gürcüstana həm dəniz, həm də dəmir yolu ilə neft idxal etməyə davam edir;

• "Sakstat" (Georgiastat- dövlət statistika xidməti – red.) tərəfindən dərc edilən Gürcüstandan Avropaya neft idxalı və ixracına dair rəsmi məlumatlar BMT-nin rəsmi beynəlxalq ticarət məlumat bazası və digər mötəbər məlumat bazalarının məlumatları ilə üst-üstə düşmür;

• Gürcüstan tərəfi tərəfindən rəsmi qeydiyyatdan keçmiş neft və neft məhsulları getdikcə daha çox Rusiyadan Gürcüstana gəlir;

• “Gürcüstanınkı” kimi Avropada Gürcüstanın istehsal etdiyindən daha çox neft və neft məhsulları satılır”, – jurnalist araşdırmasında belə deyilir.

S.Laçın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://moderator.az
archiveBu xəbər 23 Yanvar 2025 10:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see787

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see532

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see321

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see299

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see293

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see283

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see274

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see265

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see257

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see255

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see250

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see242

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see235

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see232

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see232

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see205

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see197

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see191

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri