Icma.az
close
up
RU
Rusiya niyə miqrant ovu na çıxıb? AÇIQLAMA

Rusiya niyə miqrant ovu na çıxıb? AÇIQLAMA

Icma.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiyada dövlətə xəyanət ittihamları ilə bağlı məhkəmə işlərinin sayı son dövrlərdə nəzərəçarpacaq dərəcədə artmaqdadır. Moskvanın Meşçanski Məhkəməsi fərdi sahibkar Sergey Derevyankonun həbsinə dair qərar çıxarıb.

Oxşar ittihamlarla avqust ayında Oleq Kuryaev və Oleq Qrannikovun həbsi təsdiqlənib, ötən həftə isə xarici universitetin 4-cü kurs tələbəsi Aleksandr Karpovets barəsində eyni maddə üzrə cinayət işi açılaraq o da təcridxanaya göndərilib. Son vaxtlar artan miqrant həbsləri fonunda elə bir təəssürat yaranır ki, Kreml hələ də “imperiya gücünü” itirmədiyini göstərməyə çalışır.

Siyasi şərhçi Asif Nərimanlı Metbuat.az-a bildirib ki, Rusiya ictimaiyyətində yaranan aqressiyanın və hədəfin məhz miqrantların seçilməsinin iki əsas səbəbi var:


“Birincisi, açıq şəkildə bəllidir və bunu Rusiya mediasında müxtəlif media qurumları və ekspertlər də dilə gətirirlər. Burada əsas məqsəd Ukrayna müharibəsinin getdiyi bir vaxtda ölkədəki miqrantların da bu müharibəyə cəlb edilməsi və canlı qüvvə itkilərinin qeyri-rusların hesabına doldurulmasıdır. Yəni bu prosesdə həm vətəndaşlığı olmayan, Rusiyada işləyən miqrantlar var ki, onların qarşısında şərt qoyulur: Ukrayna müharibəsində iştirak etsəniz, sizə vətəndaşlıq veriləcək, üstəlik pul da ödəniləcək. Lakin məlumatlara görə, Ukrayna müharibəsindən qayıtdıqdan sonra vəd olunan pullar çox vaxt verilmir. Bu, başqa bir məsələdir. Əsas odur ki, vətəndaşlığı olmayan miqrantlardan bunu tələb edirlər.

Digər tərəfdən, vətəndaş olan qeyri-ruslar da var ki, onları da məcbur edirlər hərbi qeydiyyatdan keçməyə və “Rusiyanın müdafiəsi” adı altında müharibəyə cəlb olunmağa. Onları tutub bəzən təcridxanada saxlayırlar. Hətta məlumatlar var ki, bu şərtləri qəbul etməyənlər ölkədən deportasiya ilə təhdid olunurlar, müxtəlif cinayətlərin üzərlərinə qoyulacağı ilə qorxudulurlar. Yəni əsas səbəblərdən biri budur. Belə görünür ki, miqrantlara qarşı olan bu aqressiyanın əsas səbəbi müharibə ilə bağlıdır”.

Asif Nərimanlının fikrincə, miqrantlara təzyiqin ikinci əsas səbəbi cəmiyyətdəki narazılıqları fərqli istiqamətə yönəltmək və Rusiyanın mövcud problemlərinin günahını miqrantlarda göstərməkdir:

“Ukrayna müharibəsi başladıqdan sonra Rusiya həm müharibə aparır, həm də ciddi iqtisadi problemlərlə üzləşib. Bütün hallarda bu problemlər açıq şəkildə görünməsə də, səbəbi odur ki, ölkə totalitar sistemlə idarə olunur və hər cür etiraz polis gücü ilə yatırılır. İndiki müharibə şəraitində istənilən etiraz “vətənə xəyanət” kimi qiymətləndirilə bilər. Buna baxmayaraq, ictimaiyyətdə gizli narazılıq mövcuddur. Rusiya hakimiyyəti isə bu narazılığı fərqli istiqamətə yönəltməyə çalışır. Bu yanaşma sosial mühəndislik adlanır.

Belə ki, miqrantlara qarşı hücumların artırılması, rus şovinizminin qeyri-ruslara yönəldilməsi ilə həm cəmiyyətin etiraz potensialı fərqli istiqamətə yönəldilir, həm də hakimiyyətə qarşı narazılıq zəiflədilir. Bu yolla hakimiyyət ictimai aqressiyanı üzərindən yayındırmağa və başqa hədəfə yönəltməyə çalışır. Mənim fikrimcə, əsas səbəb budur”.

Analitik qeyd edib ki, miqrantların ölkədən çıxarılması və onlara qarşı hücumlar Rusiya iqtisadiyyatına ziyandır, çünki onlar ölkədə əsas işçi qüvvəsini təşkil edirlər. Lakin hazırkı şəraitdə, müharibə iqtisadiyyatına keçən Rusiya üçün bu addım daha sərfəli hesab olunur.

Gülbəniz Hüseynli / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 10 Sentyabr 2025 21:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see323

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see314

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see304

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see288

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see284

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see263

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see256

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see246

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see244

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see224

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see223

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see223

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see222

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see221

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see212

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see209

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see208

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see193

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri