Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Çörəklərin içində narkotik gizlətdilər

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Paşinyan “müxlifət ovu”na çıxıb: Təmizləmə əməliyyatı başladı

Paşinyan “müxlifət ovu”na çıxıb: Təmizləmə əməliyyatı başladı

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Ermənistanın sabiq prezidenti, “Ermənistan” blokunun lideri Robert Köçəryan ölkənin Antikorrupsiya Komitəsinə aparılıb.

Eyni zamanda, Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Robert Köçəryanın oğlu və “Ermənistan” fraksiyasının deputatı Levon Köçəryanın evində axtarış aparılıb.

Bundan başqa, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan bir müddət əvvəl ona qarşı korrupsiya ittihamı ilə əlaqədar açılmış cinayət işi çərçivəsində İstintaq Komitəsinə aparılıb. Sarkisyan dindirildikdən sonra sərbəst buraxılıb. 

Robərt Köçəryanın isə səhhətinin pisləşməsi ilə əlaqdar xəstəxanaya aparıldığı bildirilir. Bu barədə onun oğlu açıqlama verib.

Levon Köçəryanın sözlərinə görə, atası iki həftə əvvəl ürəyindən əməliyyat olunub. İstinataq Komitəsində Robert Köçəryanın arterial təzyiqi yüksəlib və onu xəstəxanaya çatdırıblar. Vəkillər eks-prezidentlə görüşmək üçün tibb müəssisəsinə getməli olublar. 

Ermənistan mediası isə bu hadisəni həbs növbəsinin Robert Köçəryana çatması kimi şərh edib. Robert Köçəryanın İstintaq Komitəsinə aparılması “Çiçəklənən Ermənistan” partiyasının sədri Qagik Tsarukyanın həbsinin davamı hesab edilir. 

Qeyd edək ki, Baş nazir Nikol Paşinyan hələ iyun ayında keçirilmiş parlament seçkilərindən əvvəl Ermənistandakı “əjdaha”nın başının üçünü də kəsəcəyini demişdi.

Paşinyan “üçbaşlı əjdaha” deyərəkən əslində, Rusiyadan idarə olunan revanşist müxalifəti nəzərdə tuturdu. Söhbət “Güclü Ermənistan” partiyasının sədri Samvel Karapetyan, “Ermənistan” blokunun lideri Robert Köçəryan və ÇEP sədri Qagik Tsarukyandan gedir. 

Samvel Karapetyan 14 aydır ki, ev dustağıdır. Qagik Tsarukyan dələduzluq, “çirkli pullar”ın yuyulması və vergidən yayınma ittiham ilə həbs edilib.

Robert Köçəryan isə prezident olduğu müddətdə külli miqdarda korrupsiya hallarına yol verməkdə ittiham edilir.

Onun barəsində, həmçinin, 2008-ci il martın 1-də dinc mitinqin iştirakçılarına atəş açmaq əmri verdiyinə görə cinayət təqibi var. Əgər istintaq orqanının rəyi əsasında məhkəmə Köçəryan barəsində həbs qərarı çıxarsa, o zaman Rusiyaya bağlı üç liderin hamısı azadlıqdan məhrum edilmiş olacaq.

Nikol Paşinyan hakimiyyətinin müxalifətə qarşı təzyiqləri gücləndirməsi daxili amillərdən daha çox Rusiya-Ermənistan münasibətlərində artan gərginliklə izah oluna bilər.

Rusiyanın Ermənistandan kənd təsərrüfatı və ərzaq məhsullarına tamamilə qadağa qoyması siyasi ziddiyyətlərin dərinləşməsinə səbəb olub. Moskva Ermənistandan ya Avropa İttifaqına üzvlüyü seçmək, ya da Avrasiya İqtisadi İttifaqında qalmaqla bağlı referendum keçirməyi tələb edir.

2026-cı ilin sonunda keçiriləcək referendumda Avropa İttifaqına üzvlük əsas siyasi vəzifə kimi yeni konstitusiyanın mətninə daxil edilərsə, Rusiya-Ermənistan münasibətlərində müttəfiqlik münasibətləri aradan qalxacaq.

Nəticədə, Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması Rusiyanın ağır iqtisadi sanksiyaları və “ticarət müharibəsi” ilə müşahidə olunacaq. Üstəlik, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının noyabr ayında keçiriləcək sammitində Ermənistanın üzvlük haqqını ödmədiyinə görə səsvermə hüququndan məhrum ediləcəyinə qərar verilib. 

Nikol Paşinyan hakimiyyəti isə KTMT-dən çıxmaq niyyətini gizlətmir. Baş nazir bildirib ki, Rusiya tarixən Ermənistanın təhlükəsizliyinin zəmanətçisi kimi çox etibarsız olub. Bu baxımdan, bu ilin sonuna doğru Ermənistanın KTMT sıralarını tərk etməsi üçün müraciət etməsi istisna olunmur.

Bu məqsədlə, yeni konstitusiyada Ermənistan bloklara qoşulmayan dövlət kimi təsbit oluna bilər. Yəni payız ayları Rusiya-Ermənistan münasibətlərində gərginliyin artacağını proqnozlaşdırmağa əsas verir. 

Digər bir amil Ermənistanda konstitusiya islahatının keçirilməsi və Azərbaycanla sülh müqaviləsinin imzalanması istiqamətində gözləntilərlə bağlıdır.

Artıq Paşinyan yeni konstitusiyanın mətnindən Azərbaycana qarşı ərazi iddialarını nəzərdə tutan Ermənistan Müstəqillik Bəyannaməsinə istinad hissəsinin çıxarılacağını deyib.

Bu, Azərbaycanla sülh sazişinin imzalanmasına təkan verməklə yanaşı, həm də Türkiyə ilə münasibətlərin normallaşmasına və sərhədlərin açılmasına səbəb olacaq.

Yəni regionda Rusiyanın təsirinin aradan qalxması ilə nəticələnən tamamilə yeni geosiyasi konyuktur formalaşa bilər. Ona görə də rəsmi Moskva prosesi pozmaq və özünün geosiyasi üstünlüyünü qoruyub saxlamaq üçün Ermənistanda revanşist müxalifətin vasitəsilə etiraz aksiyalarının təşkilinə və hakimiyyət dəyişikliyinə səy göstərə bilər.

Köçəryanın və Sarkisyanın istintaqa çəkilməsi görünür, Paşinyan tərəfindən məhz bu prosesin qarşısını almağa hesablanıb. 

Müşfiq Abdulla    
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Avqust 2026 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see340

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see277

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see269

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see267

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see250

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see248

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see241

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see235

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see234

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see231

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see221

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see217

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see211

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see204

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see199

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see196

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see188

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see185

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see183

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri