Icma.az
close
up
RU
Menu

Süni intellektlə bağlı fətva veriləcək?

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

675 nəfər narkotik asılılığından müalicə alır

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

Kababla soyuq Cola içənlərin öd yolları məhv olur

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

Fiziki aktivlik azaldıqda bədəndə tam olaraq nə baş verir? HƏKİM AÇIQLADI

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

57 yaşlı Ceylodan cazibədar Fotolar

“Sülh Körpüsü”nün Azərbaycan üzrə qrupu diplomatik korpusun Qarabağa səfəri ilə bağlı Ermənistanda ictimai müzakirələrdəki qəbuledilməz tondan məyusluğunu bildirib

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

Möminlərə Musa peyğəmbərin əsasının bir parçası göstərilib...

Azərbaycanda doğum sayının azalmasının əsas səbəbi nədir? HƏKİM AÇIQLADI

Nərimanov sakinləri su probleminə görə ayağa qalxdılar: Nə baş verir? AÇIQLAMA

“Həkim məsləhəti” rubrikamızda

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

Rusiya azərbaycanlıların “ovu”na çıxıb

Rusiya azərbaycanlıların “ovu”na çıxıb

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

Kremlin dövlətimizə qarşı olan münasibəti qəbuledilməzdir

Azərbaycanda tarixən törədilən bir çox faciələrin, qətliamların arxasında Rusiyanın dayandığı danılmaz faktlardandır. 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Azərbaycan torpaqlarının işğalı, eləcə də Ermənistana dayaq durmaq, onu silahlandırmaq, Azərbaycan torpaqlarının 30 il işğal altında saxlanmasına şərait yaratmaq bütün bu hadisələrin hər biri əsasən Rusiyanın xüsusi rolu ilə baş verib.

Həmçinin 2024-cü ilin dekabr ayında Qazaxıstanda qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulması, Yekaterinburq, Ukraynada Azərbaycanın enerji infrastrukturunun hədəfə götürülməsi, Rusiya mediasında anti-Azərbaycan kampaniyası və təhqiramiz yazılar, Rusiyanın Ukraynada Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus neft bazasını vurması bütün bunlar da Rusiyanın Azərbaycana qarşı düşmənçilik siyasətinin bir hissəsidir.

Bildirək ki, ən son baş verən bu hadisələrdən sonra Azərbaycan-Rusiya münasibətləri daha da gərginləşdi və bu gərginlik indi də davam etməkdədir.

“Xalq Cəbhəsi” bütün bu proseslərdən yola çıxaraq Rusiyanın Azərbaycana qarşı düşmənçilik siyasəti haqqında millət vəkillərinin, politoloqların fikirlərini öyrənib.

“Bu, Rusiyanın istifadə etdiyi hazır kartdır”

Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburqda yaşayan azərbaycanlılara qarşı cinayətkarcasına sərgilədiyi əməliyyat və qətllər fonunda Azərbaycan-Rusiya münasibətləri gərginləşib: “Birmənalı olaraq belə bir vəziyyətin yaranmasında Rusiya rəsmilərinin, xüsusi xidmət orqanlarının, hüquq-mühafizə orqanlarının “xidməti” böyükdür”.

M.Cəfərov vurğulayıb ki, soydaşlarımıza qarşı bu cür cinayətlər qarşılıqsız qala bilməzdi: “Azərbaycan da öz mövqeyini sərt formada bildirib. Hazırda Rusiyada yaşayan soydaşlarımıza qarşı bu cür cinayət əməlləri həyata keçirərək onların qorxudulması prosesi gedir. Rusiyada etnik və irqi zəmində toqquşmalar ölkənin əksər regionlarını əhatə etməyə başlayıb. Azərbaycana soydaşlarımız vasitəsilə təzyiq etmək istəyirlər. Bu, Rusiyanın istifadə etdiyi hazır kartdır. Hər zaman ən kiçik siyasi fikir ayrılığında bu dövlət həmin kartı istifadə edərək Azərbaycana qarşı təzyiq göstərməyə çalışır”.

“Rusiyanın dövlətimizə qarşı olan münasibəti qəbuledilməzdir”

Deputatın sözlərinə görə, Rusiyada azərbaycanlılara qarşı olan təzyiqlərlə bağlı danışarkən ikitərəfli münasibətlərin, daxili siyasi proseslərin və xarici amillərin kompleks qarşılıqlı təsirini də nəzərə almaq lazımdır: “Ümumiyyətlə, baş verən hadisələr həm Azərbaycan dövləti, həm də cəmiyyəti tərəfindən reydlərin sərtliyini və saxlanılanların ölümünün araşdırılmasında şəffaf olmadığından bu hərəkətləri məqsədyönlü anti-Azərbaycan siyasətinin təzahürü kimi qiymətləndirir. Rusiya isə əksinə, əməliyyatın qanuni olmasında israr edir, bunu mütəşəkkil cinayətkarlığa qarşı mübarizə ilə əlaqələndirir və saxlanılanların ölümünü təbii səbəblərlə izah edir ki, bu da siyasi zərəri minimuma endirmək cəhdidir. Amma bütün hallarda Rusiyanın dövlətimizə qarşı olan bu münasibəti qəbuledilməzdir. Ümid edirəm ki, Azərbaycanın müstəqil və güclü xarici siyasətindən narahatlığı açıq-aşkar nümayiş etdirən şimal qonşumuz dövlətimizə qarşı olan münasibətində dəyişikliklər edəcəkdir”.

“Bütün bunlar strateji partnyorluğa uyğun gəlmir”

Milli Məclisin deputatı Fariz İsmayılzadə söyləyib ki, son dövrlərdə Rusiyanın Azərbaycana qarşı olan siyasəti heç də strateji partnyorluğa uyğun gəlmir: “Burada həm bizim enerji infrastrukturumuza olan hücumlar, həm diasporamıza qarşı olan hücumlar, diaspora üzvlərimizə hədə-qorxu gəlinməsi, onlara qarşı təzyiqlər, basqılar, həmçinin bizim təyyarəmizin vurulması bütün bunlar qonşuluq və strateji partnyorluğa uyğun gəlmir”.

“Təzyiqlər Rusiyanın parçalanmasına gətirib çıxara bilər”

Deputat Azərbaycan cəmiyyətinin, dövlətinin belə yanaşmanı qəbul etmədiyini vurğulayaraq əlavə edib ki, Azərbaycan elə bir dövlət deyil ki, ona təzyiq edə bilsinlər: “Azərbaycan kifayət qədər müttəfiqləri, dostları olan bir ölkədir. Beynəlxalq təşkilatlarda aktiv rolu, nüfuzu olan dövlətdir. Ona görə belə yanaşmanın uğurlu ikitərəfli münasibətin inkişafına aparılmasına inanmıram. Düşünürəm ki, tərəflər daha yaxşı olar ki, münasibətlərin normallaşmasına doğru aparan addımlar atsınlar. Etnik mənsubiyyət üzərində aparılan basqılar Rusiyanın özü üçün də təhlükəli ola bilər. Çünki Rusiya çoxmillətli dövlətdir. Müsəlmanlara, etnik azlıqlara belə basqılar, təzyiqlər gələcəkdə Rusiyanın özünün parçalanmasına gətirib çıxara bilər”.

“Bu proses dini və milli ayrı-seçkiliyin göstəricisidir”

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva deyib ki, Rusiyada azərbaycanlılara qarşı son vaxtlar artan təzyiqləri bir neçə paralel müstəvidə şərh etmək olar: “İlk növbədə, bu proses açıq şəkildə dini və milli ayrı-seçkiliyin göstəricisidir. Azərbaycanlıların müsəlman kimliyi hədəfə alınaraq “digər” kimi təqdim olunması klassik islamofobiya nümunəsidir. Burada məqsəd ictimai narazılıqları yönləndirmək, daxildəki problemləri “xarici mənşəli günahkar” obrazı üzərindən izah etməkdir. Bu tendensiya, eyni zamanda, tarixdəki təhlükəli analoqları da yada salır. Xüsusən də hitlerizmin ideoloji üsullarına bənzər şəkildə “günah keçisi” axtarışı, müəyyən etnik qrupların hədəf elan edilməsi, kütlələrdə düşmən obrazı formalaşdırılması müşahidə olunur. Milliyyətçi ritorika və aqressiv təbliğat, müxtəlif xalqları “təhlükə mənbəyi” kimi göstərərək, toplumun aqressiyasını onlara yönəltməyə xidmət edir”.

“Belə yanaşma Rusiya cəmiyyətini dərin parçalanmaya aparır”

Politoloqun bildirdiyinə görə, Rusiyanın siyasi rəhbərliyi üçün bu siyasət həm də təzyiq alətidir – Azərbaycan dövlətinə qarşı mesajı, onun vətəndaşları üzərindən ötürmək: “Bu, klassik “kolektiv məsuliyyət” yanaşmasıdır ki, beynəlxalq hüquqla da ziddiyyət təşkil edir. Nəticə etibarilə, Rusiyada azərbaycanlılara qarşı edilən təzyiqlər sadəcə təsadüfi hadisələr deyil, sistemli və məqsədli siyasətin tərkib hissəsidir. Bu siyasət bir tərəfdən hitlerizmə bənzər etnik ayrı-seçkilik elementləri, digər tərəfdən islamofobiya və dini dözümsüzlük üzərində qurulub. Belə bir yanaşma həm Rusiya cəmiyyətini dərin parçalanmaya aparır, həm də ölkənin beynəlxalq imicini daha da zədələyir”.

Röya İsrafilova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 20 Avqust 2025 23:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see453

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

15 Sentyabr 2026 11:23see273

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see268

675 nəfər narkotik asılılığından müalicə alır

14 Sentyabr 2026 15:37see259

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

14 Sentyabr 2026 17:41see252

Kababla soyuq Cola içənlərin öd yolları məhv olur

14 Sentyabr 2026 15:45see245

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

14 Sentyabr 2026 19:08see243

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

14 Sentyabr 2026 17:45see240

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

14 Sentyabr 2026 18:55see236

Fiziki aktivlik azaldıqda bədəndə tam olaraq nə baş verir? HƏKİM AÇIQLADI

14 Sentyabr 2026 15:44see232

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

14 Sentyabr 2026 21:41see226

57 yaşlı Ceylodan cazibədar Fotolar

14 Sentyabr 2026 16:20see202

“Sülh Körpüsü”nün Azərbaycan üzrə qrupu diplomatik korpusun Qarabağa səfəri ilə bağlı Ermənistanda ictimai müzakirələrdəki qəbuledilməz tondan məyusluğunu bildirib

14 Sentyabr 2026 20:28see184

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

15 Sentyabr 2026 03:39see183

Möminlərə Musa peyğəmbərin əsasının bir parçası göstərilib...

14 Sentyabr 2026 21:09see181

Azərbaycanda doğum sayının azalmasının əsas səbəbi nədir? HƏKİM AÇIQLADI

14 Sentyabr 2026 15:44see178

Nərimanov sakinləri su probleminə görə ayağa qalxdılar: Nə baş verir? AÇIQLAMA

14 Sentyabr 2026 19:09see177

“Həkim məsləhəti” rubrikamızda

15 Sentyabr 2026 16:05see171

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

15 Sentyabr 2026 13:01see169

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri