Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

Yüksək qan təzyiqi yaddaşı pozur

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

Rusiya İranı “topun” ağzına atır

Rusiya İranı “topun” ağzına atır

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Rusiya daha bir sürpriz addım atıb. Rəsmi Moskva nüvə məsələsində İrana dəstək verməyə çalışır.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Rusiya nüvə böhranının həlli üçün məqbul həllər tapmaqda İrana kömək etməyə hazır olduğunu təsdiqləyir. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrana nüvə böhranının həllində dəstək verməyə hazır olduğunu bildirməsi çox ciddi mesaj kimi dəyərləndirilir. Məsələyə regional və qlobal təhlükəsizlik baxımından yanaşmaq lazımdır.

Əslində, bu bəyanat Rusiya və İran arasında artan strateji əməkdaşlığın daha bir göstəricisidir. Rusiya XİN rəhbərinin bu sözləri ABŞ və Qərblə gərginlik fonunda sərf etməsi də ölkəsinin İranın yanında yer almaq niyyətini təsdiqləyir. Həmçinin, rəsmi Moskva bu addımla İranın beynəlxalq təcriddən çıxmasına yardım etməyə çalışır. Çünki sözügedən dəstək Tehrana Qərbin təzyiqlərinə qarşı əlavə imkanlar yaradır. 

Bütün bunların fonunda Kremlin bu həmləsi Qərbin, ABŞ və Avropa İttifaqının narahatlığına səbəb ola bilər. Nəzərə almaq lazımdır ki, İranın nüvə silahı əldə etməsi çox ciddi təhdiddir. Üstəlik, bunun danışıqlar prosesini pozacağı da ortadadır. Ümumilikdə Lavrovun bəyanatı həm Rusiya-İran münasibətlərinin dərinləşməsini, həm də bu əməkdaşlığın beynəlxalq nüvə təhlükəsizliyi gündəmindəki rolunu bir daha nümayiş etdirir. 

Mövzu ilə bağlı “Cümhuriyət”-ə danışan politoloq Oqtay Qasımov bildirib ki, Rusiya ilə İran strateji müttəfiqdir:

“Bundan başqa, Rusiya İranın nüvə proqramını dəstəkləyən azsaylı ölkələrdən biridir. Tehranın nüvə proqramı məhz Moskvanın dəstəyi və texnologiyası ilə həyata keçirilir. Bu prosesdə rus mütəxəssisləri də birbaşa iştirak edir. Əslində, Sergey Lavrovun çıxışında nəyi nəzərdə tutduğunu söyləmək çətindir. Bu, dinc nüvə proqramının inkişafına, yoxsa nüvə silahı əldə etmə hədəfinəmi dəstəkdir? Lavrovun açıqlamasında bu məqam bilinmir”. 

Ekspert qeyd edib ki, hazırda ABŞ ilə Rusiya arasında intensiv danışıqlar gedir:

“Tərəflər arasında əsas müzakirə mövzusu Ukrayna müharibəsi olsa da, digər istiqamətlər üzrə də müəyyən danışıqlar aparılır. Bu müzakirələrin sırasında İran məsələsinin olması da mümkündür. İran məsələsi kifayət qədər problematikdir. Burada ABŞ ilə bərabər İsrail və Qərb dövlətlərinin də mövqeyi nəzərə alınmalıdır. Bu baxımdan, Rusiyanın İran və Qərb arasında vasitəçilik imkanları da çox yüksək deyil”. 

Politoloqun sözlərinə görə, Sergey Lavrov “blef” etmir:

““Blef” olduğunu düşünmürəm. Bu, ABŞ ilə danışıqlarda müəyyən fənddir. Lavrov da bundan istifadə edir. Həmçinin, Rusiya ABŞ ilə danışıqlarda üstün mövqe əldə etmək istəyir. Dolayı yola Vaşinqtona da mesaj verilir ki, Ukrayna məsələsində mövqeyimizi dəstəkləsəniz, İranla bağlı məsələdə biz də sizin mövqeyinizi nəzərə ala bilərik. Məncə, Lavrovun sözlərinin əsas məğzi budur. Çünki Kreml öz maraqlarına görə İranın maraqlarını kənara qoya bilir. Biz bunu 12 günlük İran-İsrail müharibəsində də gördük”. 

Oqtay Qasımov diqqətə çatdırıb ki, ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı məsələsində sərt mövqe sərgiləyir:

“12 günlük savaşda İranın nüvə obyektlərinə ciddi zərər dəydi. Ancaq maraqlı məqam ondan ibarətdir ki, İranın zənginləşdirdiyi təxminən 400 kiloqramlıq uran toxunulmaz qaldı. Bundan başqa, nüvə proqramı prosesi zəifləsə də, tam dayanmadı. İran Prezidenti Məsud Pezeşkian artıq bu proqramın hansısa kağızlarda və ya kompüterdə deyil, insanların qəlbində və beynin olduğunu dedi.

Çünki orada artıq bununla bağlı kadrlar yetişdirilib. İndiki vəziyyətdə isə Rusiya müəyyən dəstək verməklə İranın nüvə proqramının əvvəlki səviyyəsinə qayıtmasına yardım edə bilər. Nəticədə, Sergey Lavrov həm Avropaya gözdağı, həm də ABŞ-yə müəyyən mesajlar verdi. Görünən odur ki, Rusiya ABŞ ilə Ukrayna mövzusu və digər istiqamətlərdə aparılan danışıqlarda əlini gücləndirməyə çalışır. Yəni Kreml İrandan danışıqlar masasında “kart” kimi istifadə etmək niyyətindədir”. 

Elmir Mustafa
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Dekabr 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see402

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see352

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see297

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see265

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see262

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see257

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see250

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see245

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see228

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see224

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see221

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see207

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see198

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see197

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

02 Noyabr 2026 21:00see197

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see192

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see188

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see188

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see183

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri