Icma.az
close
up
RU
Moskva da TRIPP də iştiraka can atır

Moskva da TRIPP də iştiraka can atır

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

İrəvan isə bunu gerçək saymır

Rusiya tərəfi Moskvanın TRIPP (Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu) layihəsində mümkün iştirakı ilə bağlı parametrləri İrəvanla müzakirə etməyə hazırdır. Bu barədə “İzvestiya” qəzetinə müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib: “Trampın yolu” layihəsinə gəlincə, biz mövqeyimizi qorumuşuq. Erməni–amerikan təşəbbüsünün detallarını hələ öyrənmək lazımdır. İrəvandakı tərəfdaşlarla həm layihənin parametrlərini, həm də Rusiyanın bu və ya digər formada mümkün iştirakını müzakirə etmək üçün məsləhətləşmələrə hazırıq”.

Qaluzin xatırladıb ki, Ermənistanın dəmir yolu şəbəkəsi 2038-ci ilə qədər “Rusiya Dəmir Yolları” Açıq Səhmdar Cəmiyyətinin törəmə şirkətinin idarəetməsindədir, ölkədə Rusiya rels sistemi istifadə olunur, İranla sərhəddə isə Rusiya sərhədçiləri yerləşdirilib: “Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü amilini də nəzərə almaq lazımdır. Bu şəraitdə aydındır ki, tərəfdaşlar Rusiyasız keçinə bilməz”. Qaluzin, həmçinin bildirib ki, regionda kommunikasiyaların açılması ilə bağlı mühüm mexanizmlər Rusiya, Ermənistan və Azərbaycan arasında baş nazir müavinləri səviyyəsində fəaliyyət göstərən üçtərəfli format çərçivəsində işlənib hazırlanıb. Ancaq Qaluzin və onun kimi düşünənlərin yanaşmaları Ermənistanda birmənalı qarşılanmır və Moskvanın bölgədəki roluna dair fərqli gözləntilər formalaşıb. Hakimiyyətə yaxın dairələrdə və ekspert mühitində Rusiyanın TRIPP layihəsində iştirakına zərurət olmadığı fikri getdikcə daha tez-tez dilə gətirilir. Xüsusən də Qərblə əlaqələrin genişləndirilməsi fonunda İrəvan alternativ kommunikasiyaların mümkünlüyünü ön plana çıxarmağa çalışır.

Bu yanaşma Rusiyanın çoxəsrlik dostluq, strateji müttəfiqlik, təhlükəsizlik və sair amillərə əsaslanan arqumentləri ilə ziddiyyət təşkil edir. Nəticədə TRIPP layihəsi ətrafında yaranan müzakirələr Ermənistanın geosiyasi seçimi ilə bağlı İrəvan və Moskva arasındakı fikir ayrılıqlarını da üzə çıxarır. Bu dəfə də istisna olmadı. Ermənistan parlamentinin sədri Alen Simonyan dünən jurnalistlərə açıqlamasında Rusiyanın TRIPP layihəsində iştirakını mümkün hesab etmədiyini bildirib: “Siz bunu necə təsəvvür edirsiniz? Bu, erməni–amerikan şirkətidir”. Parlament sədri xatırladıb ki, Ermənistan ərazisi üzrə hərəkət yalnız TRIPP çərçivəsi ilə məhdudlaşmır.

“Budur, Azərbaycandan taxıl və yanacaq daşınır. Axı, bu TRIPP deyil”, – deyə Simonyan bildirib və Rusiyanın layihəni genişləndirərək ona digər istiqamətləri də daxil etməsi təklifi ilə bağlı fikrini yarımçıq şəkildə ifadə edib: “TRIPP-ə bənzər mexanizm uzun müddətdir müzakirə olunur, sadəcə, ABŞ-la bu, sülh prosesi çərçivəsində prezident Trampın sayəsində mümkün olub”, – deyə Simonyan qeyd edib. Daha bir yarımçıq fikir səsləndirən spiker Rusiya iştirakının mümkün variantının, əlbəttə ki, Ermənistan tərəfinin razılığı ilə, Amerika tərəfindən nəzərdən keçirilə biləcəyini istisna etməyib.

Simonyan sonda bəyan edib ki, Rusiya TRIPP üzərində cəmləşməməlidir: “Yollar çoxdur. Onlar fəaliyyət göstərir. Axı, onlar 100 ildir burdadırlar, bu kimi layihəni də həyata keçirə bilərdilər”. Əlbəttə, Rusiya xarici işlər naziri müavininin TRIPP layihəsi ilə bağlı açıqlamaları Moskvanın regional kommunikasiya üzərində mövqeyini qorumaq niyyətindən xəbər verir. Rəsmi Moskva bu layihəyə ehtiyatlı yanaşdığını gizlətmir və Ermənistanla mümkün formatlar üzrə məsləhətləşmələrə hazır olduğunu bildirir.

Qaluzinin vurğuladığı texniki amillər, yəni dəmir yollarının idarə olunması, rels sistemi, sərhəd təhlükəsizliyi və Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü Rusiyanın mövcud təsir mexanizmlərini xatırlatma xarakteri daşıyır. Lakin reallıqda TRIPP layihəsinin siyasi və geosiyasi məzmunu Moskvanın bu təşəbbüsdə fəal iştirakını sual altında qoyur. Layihə ilkin mərhələdən etibarən Ermənistan–ABŞ formatında təqdim olunub və Vaşinqtonun regiondakı rolunun artması kontekstində gündəmə gətirilib.

Bu isə onu göstərir ki, TRIPP təkcə nəqliyyat və logistika təşəbbüsü deyil, həm də Ermənistanın xarici siyasət prioritetlərində baş verən dəyişikliklərin tərkib hissəsidir. Ermənistan siyasi rəhbərliyi və parlament dairələrindən gələn açıqlamalar Rusiyanın bu layihədə iştirakına isti baxılmadığını göstərir. İrəvan açıq şəkildə kommunikasiyaların açılması ilə TRIPP-i eyniləşdirmir və alternativ marşrutların, fərqli mexanizmlərin mövcudluğunu ön plana çıxarır. Bu yanaşma, əslində, Rusiyanın illərdir formalaşdırdığı üçtərəfli işçi qrupundan müəyyən məsafə saxlamaq cəhdi kimi də qiymətləndirilə bilər. Ermənistan parlamenti sədrinin TRIPP layihəsi ilə bağlı səsləndirdiyi fikirlər də İrəvanın bu təşəbbüsə yanaşmasını ortaya qoyur. Onun Rusiyanın layihədə iştirakını təsəvvür etmədiyini açıq şəkildə dilə gətirməsi, əslində, texniki yox, siyasi seçim kimi dəyərləndirilə bilər. Çünki Simonyanın arqumentləri nəqliyyat mexanizmlərinin mahiyyətindən çox, layihənin kimlər tərəfindən formalaşdırıldığına fokuslanır.

Simonyan TRIPP-i sırf Ermənistan–ABŞ platforması kimi təqdim etməklə, kommunikasiyaların açılması məsələsini bu layihə ilə eyniləşdirmədiyini də nümayiş etdirir. Onun Azərbaycandan Ermənistana daşınan taxıl və yanacaq nümunəsini qabartması, mövcud marşrutların artıq işlək olduğunu və TRIPP-in yeganə mexanizm olmadığını göstərmək məqsədi daşıyır. Bu yanaşma, bir tərəfdən Rusiyanın proseslərdən kənarda saxlanılmadığını iddia etməyə imkan verir, digər tərəfdən isə Moskvanın konkret bu layihə üzrə rolunu minimuma endirir.

Eyni zamanda, Simonyanın açıqlamalarında müəyyən ziddiyyətlər də sezilir. O, TRIPP-ə bənzər mexanizmlərin uzun müddətdir müzakirə olunduğunu etiraf etsə də, məhz ABŞ-la bu layihənin reallaşmasını xüsusi olaraq vurğulayır. Bu onu göstərir ki, İrəvan üçün əsas məsələ mexanizmin özü yox, onun hansı siyasi çərçivədə və kiminlə həyata keçirilməsidir. Sülh prosesi fonunda Vaşinqtonun rolunun qabardılması da bu kontekstdə təsadüfi görünmür.

Bununla belə, Rusiyanın regiondakı mövcudluğu və təsir imkanlarını tamamilə inkar etmək real deyil. Moskva hələ də Ermənistanda hərbi-siyasi alətlərə malikdir, hələ də ölkənin nəqliyyat və iqtisadi infrastrukturunda mühüm paya sahibdir. Kommunikasiyaların açılması ilə bağlı əvvəlki razılaşmalar onun iştirakı ilə formalaşıb. Ancaq konkret olaraq TRIPP layihəsi kontekstində Rusiya daha çox kənar müşahidəçi və ya dolayısı ilə təsir göstərməyə çalışan tərəf kimi qalacaq. Beləliklə, Qaluzinin açıqlamaları Moskvanın proseslərdən kənarda qalmaq istəmədiyini nümayiş etdirsə də, mövcud siyasi konfiqurasiya Rusiyanın TRIPP-də birbaşa və tamhüquqlu iştirakını real etmir.

Layihənin gələcək taleyi isə böyük ölçüdə Ermənistanın Qərblə münasibətlərinin hansı istiqamətdə inkişaf edəcəyindən asılı olacaq. TRIPP layihəsi Ermənistan üçün daha çox yeni siyasi istiqamətin simvolu kimi təqdim olunur və bu səbəbdən Rusiyanın birbaşa iştirakı İrəvanda arzuolunan deyil.

Onu da bildirək ki, Ermənistan Dövlət Gəlirləri Komitəsinin sədri Eduard Akopyan dünən keçirdiyi mətbuat konfransında TRIPP layihəsi çərçivəsində gömrük nəzarətinin həyata keçiriləcəyini və Ermənistan Aİİ-nin üzvü olduğuna görə, ittifaqın bütün hüquqi sisteminin qüvvədə olacağını bildirib. Onun sözlərinə görə, layihədə “front-ofis” və “back-ofis” anlayışları tətbiq ediləcək, ABŞ-la əməkdaşlıq çərçivəsində isə sərhəd-keçid məntəqələrində rentgen avadanlıqlarının intellektual monitorinqi üçün xüsusi mərkəz yaradılacaq və insan amili tədricən azalacaq.

Akopyanın bu açıqlaması Ermənistanın mövcud hüquqi-idarəetmə sistemindən kənara çıxmadığını təsdiqləyir. Bu isə bir tərəfdən Moskvanın dolayı təsir imkanlarını saxladığını göstərir, digər tərəfdən TRIPP-in daha çox siyasi-etimad layihəsi kimi təqdim olunduğunu ortaya qoyur. Praktik müstəvidə isə söhbət əsasən texnoloji yenilənmədən gedir.

Səxavət HƏMİD
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:75
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Fevral 2026 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ administrasiyası diplomatiyaya qapını bağlamaq istəmir

23 İyul 2026 15:33see542

Sosial yardımlar və müavinətlərin ödəniləcəyi tarix AÇIQLANDI

23 İyul 2026 18:24see373

Dövlət bağçası, yoxsa özəl?

24 İyul 2026 09:16see355

Gürcüstanın işığını kimsə söndürdü?.. KİBER HÜCUM? Yoxsa!.. FOTO

24 İyul 2026 07:39see328

İngiltərədən İrana savaş mesajı verildi: “Hazırıq!” KONKRET

24 İyul 2026 09:21see315

Yuxuda kosmosa uçmağın mənası nədir?

24 İyul 2026 09:24see269

Azərbaycana turist axını zəifləyir: İqtisadçı acı reallığı açıqladı

23 İyul 2026 18:49see256

Azərbaycan bitkiçilik məhsullarının ixracını genişləndirir

23 İyul 2026 18:08see252

2 ci kurs tələbəsi vəfat etdi

24 İyul 2026 09:18see250

Neft 100 dollar oldu: Maaş və pensiya artacaq?

23 İyul 2026 17:27see249

Avropada benzinin qiyməti qalxdı

23 İyul 2026 18:48see246

Azərbaycanın smartfon aldığı ölkələr Lider KİMDİR?

23 İyul 2026 19:12see240

Azad edilən 10 kəndə növbəti köç karvanları yola salındı KONKRET

24 İyul 2026 09:18see238

Dollar sabit qaldı, avro ucuzlaşdı Rəsmi

24 İyul 2026 09:24see226

Zəka, iradə və qələbənin simvolu!

24 İyul 2026 09:16see206

Azərbaycanda “Panorama by ELIE SAAB” brendi ilə ilk yaşayış kompleksinin təməlqoyma mərasimi keçirilib

23 İyul 2026 16:49see205

Call of Duty oyununun mərhum yaradıcısına məxsus nadir Pagani hərraca çıxarılır

23 İyul 2026 16:22see201

“Ölkədəki ağır sosial iqtisadi böhranı görməzdən gəlib qlobal iddialarla danışmaq xalqın problemlərinə biganəliyin göstəricisidir...“ Meybodi

24 İyul 2026 08:01see188

Ərəblər 30 dedi, “Mançester Siti” 50 istədi

24 İyul 2026 01:09see175

Neft cüzi ucuzlaşsa da 100 dollardan yuxarı ticarət olunub

24 İyul 2026 08:40see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri