Icma.az
close
up
RU
Cəbhə xətti: ruslar Pokrovsk şəhərinə cənubdan irəliləyir

Cəbhə xətti: ruslar Pokrovsk şəhərinə cənubdan irəliləyir

Reyting.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Qatı duman Rusiya qoşunlarının Donetsk bölgəsində yerləşən strateji əhəmiyyətli Pokrovsk şəhərinə yaxınlaşmasına imkan yaradıb. Hava şəraiti dronların fəaliyyətini çətinləşdirib və bu da rus ordusunu Ukrayna bölmələrini mühasirəyə almağa təşviq edib.
Reyting.az
xatırladır ki, Rusiya ordusu artıq bir ildən çoxdur Ukraynanın Pokrovsk şəhərini ələ keçirməyə çalışır.
Prezident Vladimir Zelenskinin sözlərinə görə, bir həftə əvvəl şəhərdə 300-ə yaxın rus əsgəri döyüşürdü, lakin Ukrayna hərbi rəsmiləri bu rəqəmin artdığını təsdiqləyiblər. Şəhərin cənub rayonlarının bir hissəsi hazırda Rusiya qüvvələrinin nəzarətindədir.
Ukraynanın “Dovbuş Hornets” bölməsinin dron mütəxəssisinin sözlərinə görə, sıx duman bir neçə gün ərzində hava kəşfiyyatının aparılmasına mane olub. Bu isə rusların nəqliyyat vasitələri karvanı ilə hücumlarını asanlaşdırıb.
Sosial mediada yayılan bir videoda rus əsgərlərinin dumanlı yollarda mülki avtomobillər və motosikletlər idarə etdiyi görünür. Hadisə Pokrovskın cənub kənarında baş verib.

“DeepState” monitorinq qrupu bildirir ki, Rusiya qoşunları şəhərin əksər rayonlarına yaxınlaşıb. Analitiklər hesab edirlər ki, Pokrovskın süqutu artıq yalnız zaman məsələsi ola bilər. Hazırda şəhərin böyük hissəsi “boz zona” - yəni hər iki tərəfin tam nəzarətində olmayan ərazidir.
Rusiya Pokrovsk və qonşu Mirnoqrad şəhərlərini tam mühasirəyə almağa çalışır. Ukrayna qüvvələri mühasirəni yarmaq üçün düşməni şəhərin şərq cinahında dəf edib, lakin ruslar dronlar, artilleriya və təxribat qrupları vasitəsilə logistika marşrutlarına hücumlarını davam etdirirlər.
Ukraynalı analitik Konstantin Maşovetsin sözlərinə görə, ruslar “infiltrasiya” taktikalarından fəal şəkildə istifadə edirlər - kiçik qruplar şəhərlərə daxil olaraq, bəzən mülki şəxslər və ya Ukrayna əsgərləri kimi gizlənir, daha sonra genişmiqyaslı hücumlar ərəfəsində xaos yaradırlar.
Bundan əlavə, Moskva Kupyansk yaxınlığında və Zaporojye bölgəsində də hücumlarını davam etdirir. Birləşmiş Qüvvələrin sözçüsü Viktor Trequbov Kupyanskın mühasirəyə alınması ilə bağlı şayiələri təkzib etsə də, bölgədə vəziyyətin gərgin qaldığını bildirib.
Y. QACAR
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:264
embedMənbə:https://reyting.az
archiveBu xəbər 13 Noyabr 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see363

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see337

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see333

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see329

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see311

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see307

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see302

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see291

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see291

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see277

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see263

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see259

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see241

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see235

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see235

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see234

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see231

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see215

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see202

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri