Icma.az
close
up
RU
Rusiya əsgərləri Pokrovsk şəhərinə daxil olub Şiddətli döyüşlər gedir

Rusiya əsgərləri Pokrovsk şəhərinə daxil olub Şiddətli döyüşlər gedir

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya hərbçilərinin Donetsk vilayətinin Pokrovsk şəhərində mövcudluğunu təsdiqləyib. Bildirilir ki, Ukrayna ordusu onların möhkəmlənməsinin qarşısını almağa çalışır.

Bu məlumat Rusiya Baş Qərargahının rəhbər heyətinin Vladimir Putinin iştirakı ilə keçirilən iclasından sonra yayılıb. İclasda Rusiya tərəfi Pokrovsk ətrafında Ukrayna qüvvələrinin “tam mühasirəyə alındığını” bəyan etmişdi.

Ukrayna Baş Qərargahının məlumatına görə, hazırda şəhərdə təxminən 200 rus hərbçisi toplanıb. “Yaşayış məntəqəsində küçə döyüşləri davam edir, PUA bölmələri aktiv fəaliyyət göstərir. Toqquşmalar yüksək intensivlik və dinamika ilə xarakterizə olunur”, – qurumun açıqlamasında qeyd olunub.

Ukrayna tərəfi daha əvvəl də Pokrovskda küçə döyüşlərinin getdiyini təsdiqləmiş, eyni zamanda şəhərin tam mühasirəyə alınmadığını və Ukrayna hərbçilərinin təchizat əlaqələrinin tam kəsilmədiyini vurğulamışdı.

Analitik “DeepState” layihəsinin məlumatına görə, şəhərin böyük hissəsi hazırda “boz zona” hesab olunur – yəni nə Rusiya, nə də Ukrayna tam nəzarətə malik deyil. Rusiya hərbçiləri əsasən şəhərin cənub və qərb kənarlarında yerləşirlər.

“DeepState”in açıq mənbələrə əsaslanan xəritəsi də Pokrovskun tam mühasirədə olmadığını göstərir. Bununla belə, Rusiya ordusunun bir sıra yolları nəzarətə götürməsi səbəbindən Ukrayna qüvvələrinin təchizatında problemlər yaranıb.

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov isə Putinə məruzəsində rus qoşunlarının “Pokrоvsk (Rusiya tərəfinin terminologiyasında – Krasnoarmeisk) və Mirnoqrad (Dimitrov) rayonunda düşmən qruplaşmasını mühasirəyə aldığını” iddia edib. Onun sözlərinə görə, “Mərkəz” qruplaşmasının qarşısında “mühasirəyə düşmüş Ukrayna qüvvələrinin məhv edilməsi” tapşırığı qoyulub. Gerasimov həmçinin Xarkov vilayətinin Kupyansk rayonu istiqamətində də analoji “mühasirə əməliyyatlarının” başa çatdığını iddia edib.

Bununla belə, həm rus, həm də ukraynalı mənbələr bildirirlər ki, hər iki istiqamətdə Rusiya hərbçiləri şəhər daxilində mövcud olsa da, Ukrayna qüvvələri tam mühasirəyə alınmayıb.

Xatırladaq ki, Pokrovsk – Donetsk vilayətinin qərb hissəsində yerləşən ən böyük şəhərlərdən biridir. Bu istiqamətdə döyüşlər 2024-cü ilin avqust ayından bəri fasiləsiz davam edir. Uzun müddət cəbhə xətti dəyişməz qalsa da, son həftələrdə Rusiya qoşunlarının həm cənubdan, həm də şimal-qərbdən irəliləməyə cəhd etdiyi barədə xəbərlər yayılıb.

Rasim Əliyev

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 27 Oktyabr 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see271

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see209

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see209

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see187

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see170

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see158

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see145

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see144

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see142

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see139

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see139

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri