Icma.az
close
up
RU
Rusiya Osmanlı İmperiyasına yaşadılanların aqibətini yaşayacaq (ŞƏRH)

Rusiya Osmanlı İmperiyasına yaşadılanların aqibətini yaşayacaq (ŞƏRH)

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

"ABŞ prezienti Donald Trampın Ukrayna ilə bağlı verdiyi son açıqlama onu göstərir ki, Amerikanın yeni adminstrasiyası Rusiyanın Kiyevə qarşı işğalçılıq siyasətinin tezliklə yekunlaşmayacağına artıq əminlik ifadə edib".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev ABŞ prezidenti Donald Trampın Ukrayna məsələsi ətrafında son günlər müşahidə edilən ritorika və açıqlamalarının onun həmin müharibəyə münasibətdə müsbət dönüşündən xəbər verib-vermədiyini şərh edərkən deyib. 

Ekspert qeyd edir ki, işğalçılıq siyasətinin dayandırılması üçün Ukrayna tərəfinin hərbi ehtiyaclarının vaxtında və yüksək səviyyədə qarşılanmasına böyük ehtiyac var:

"Ona görə də zaman-zaman ABŞ prezidenti tərəfindən növbəti ziddiyyətli açıqlamaların şahidi olacağıq. Ola bilsin, son açıqlaması üzərindən bir müddət keçəndən sonra Tramp tərəfindən yenidən Ukrayna və onun prezidentini tənqid edən növbəti açıqlamaların da şahidi olacağıq".


Amma ekspertə görə, bu, heç bir halda Rusiya-Ukrayna müharibəsinin gedişatını dəyişməyəcək:

"Müharibə ilə bağlı ən dolğun və düzgün açıqlamanı Rusiya tərəfinin özü verib. Qərbin niyyəti Rusiyanı strateji baxımdan çökdürməklə dünya xəritəsindən silməkdən ibarətdir. Rusiya I Dünya müharibəsində Osmanlı İmperiyasına yaşadılanların aqibətini təkrar yaşayacaq bir mərhələyə qədəm qoyub. Ona görə də bir gün ABŞ tərəfindən Ukraynaya hərbi dəstək verilməsi xəbərlərini eşidəcəyik, başqa bir gün Avropanın bütövlükdə, digər bir gün isə "köhnə qitə”nin ayrı-ayrı ölkələrinin dəstəyinin şahidi olacağıq".

Həmsöhbətimiz düşünür ki, müharibənin gedişində Kiyevin birmənalı dəstəklənməməsinin başlıca səbəbi Rusiyanın nüvə silahından istifadə etməsinə əsas və bəhanə verməmək məqsədilə həyata keçirilən hərbi bir taktikadır.   

Qeyd edək ki, ABŞ-ın Tramp adminstrasiyası yenidən Ukraynaya silah göndərəcəklərini bəyan edib.  ABŞ prezidenti Donald Tramp Ağ Evdə İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı Ukraynaya bir az da silah göndərəcəklərini deyib: 

"Biz bunu etməliyik, çünki onlar çox əziyyət çəkiblər. Bu qədər insan ölür".

O, həmçinin Putinin müharibəni saxlamamasından məyus olduğunu deyib.

Bir müddət əvvəl Tramp komandası Ukraynaya hava hücumundan müdafiə üçün nəzərdə tutulan bir sıra silahların verilməyəcəyini bəyan etmişdi. Lakin bu açıqlamanın üstündən çox keçmməiş Ağ Ev Kiyevə silah tədarükü edəcəyini bildirdi. İndi Tramp yenidən bu fikri dəstəkləyən bəyanat verib. 

Rüfət Sultan


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 08 İyul 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see255

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see203

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see187

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see181

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see179

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see174

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see168

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see166

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see158

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see154

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see152

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see147

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see147

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see147

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see146

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see144

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri