Icma.az
close
up
RU
Unudulan müqavimət: Rusiya imperiyasına qarşı tək qalan Azərbaycan xanlıqları ANALİZ

Unudulan müqavimət: Rusiya imperiyasına qarşı tək qalan Azərbaycan xanlıqları ANALİZ

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

18–19-cu əsrlərdə Rusiya imperiyasının Cənubi Qafqaza doğru genişlənməsi zamanı bölgədə ona qarşı real və ardıcıl müqavimət yalnız Azərbaycan xanlıqları və Şimali Qafqaz xalqları tərəfindən göstərildi. Gürcüstan 1783-cü ildə könüllü olaraq Rusiyanın himayəsinə keçdi, Ermənistan adlı siyasi qurum isə mövcud deyildi. İrəvan və Naxçıvan xanlıqları da daxil olmaqla, bu torpaqlar Azərbaycan xanlıqlarına məxsus idi.

Gəncə xanı Cavad xanın 1804-cü ildə şəhəri müdafiə edərkən şəhid olması, Qarabağ xanı İbrahimxəlil xanın 1805-ci ildə Rusiya ilə müqavilə imzalamasına baxmayaraq 1806-cı ildə ailəsi ilə birlikdə qətlə yetirilməsi, İrəvan xanlığının isə 1827-ci ilə qədər dirəniş göstərməsi həmin dövrün qəhrəmanlıq səhifələridir. Lakin bu müqavimət sonradan sovet tarixşünaslığı tərəfindən ya susduruldu, ya da “parçalanmış və zəif feodal idarəçilik” kimi təqdim olunaraq gözdən salındı. Rusiya imperiyası isə işğalı “tərəqqi” kimi göstərərək özünü “birləşdirici qüvvə” kimi tanıtmağa çalışdı. Əslində, Rusiya siyasəti bölgənin demoqrafik xəritəsini də dəyişdi: 1828-ci il Türkmənçay müqaviləsindən sonra on minlərlə erməni İran və Osmanlı torpaqlarından Qarabağa və İrəvana köçürüldü. Bu proses Azərbaycan torpaqlarında süni etnik dəyişikliklərə və gələcək münaqişələrə zəmin yaratdı. 

Bu baxımdan, Azərbaycan xanlıqlarının göstərdiyi müqavimət yalnız bir tarixi dövrün deyil, bütöv bir xalqın azadlıq iradəsinin göstəricisidir. Bu gerçəklərin tariximizdə layiqli yer alması və təhrif olunmuş sovet mirasının aşkar şəkildə ifşa edilməsi bu gün daha aktualdır.

Türkiyənin Ərciyəs Universitetinin professoru Qafar Çaxmaqlı Sherg.az-a söyləyib ki, XIX əsrin əvvəllərində Cənubi Qafqazda yaşayan xalqların öz taleyini müəyyən etmək imkanları yaranmışdı:


"Bölgədə əsasən müsəlmam Türk əhali dominant idi. Bu səbəbdən ayrı ayrı mərkəzlər özlərini müstəqil dövlətlər- Xanlıqlar kimi görürdülər. Bu xanlıqların bir dövlətdə birləşdirilməsi təşəbbüsləri nəticə vermirdi. İndi Gürcüstan kimi bildiyimiz İveriya daha çox Osmanlı dövlətinin protektaratı sayılırdı. Həm Qacarların, həm də Osmanlı hakimiyyətinin Cənubi Qafqazda təsir imkanları azalmışdı. Bunu Rusiya fürsət olaraq dəyərləndirdi. Nəticədə Gürcü torpaqlarını könüllü birləşmə adı ilə 1801- ci ildə özünə birləşdirdi. Cənubi Qafqazın Türk- Müsəlman xanlıqlarını işğal etmək üçün lojistik imkanlar yarandı. Azərbaycan xanlıqları zəif idilər və  aralarında birlik olmadığından müqavimət göstərə bilməzdilər. Bu ərazilərə iddiaçı İran Qacar dövləti idi və Rusiya İranla üz-üzə qaldı. Müharibə qaçınılmaz oldu. Əvvəlcə 1813-cü ildə Gülüstan, sonra isə 1828-ci ildə Türkmənçay  anlaşmaları ilə Cənubi Qafqaz xanlıqları işğal edilib Rusiyaya bağlandı. Gürcüstanın işğalı ilə Rusiya Qara dənizə daha bir çıxış əldə etdi. Gürcülərə  verilən sözlər əslində tutulmadı".


Müsahib qeyd edib ki, gürcülər zaman içərisində anladılar ki, Gürcüstana ən böyük bəlalar Rusiyadan gəlib:

"Amma dirəniş göstərmək fikrinə də düşməyiblər. Bəlkə də ona görə ki, qüvvələrin qeyri bərabər olduğunun fərqində olmuşlar. 2008-ci ildə də belə oldu. İndi Azərbaycan Rusiyadan qorxmadığı alqısını ortaya qoyarkən gürcülər də ürəklənirlər. Ərazi bütövlüyünün təmin olunması uğrunda mübarizəyə başlanılması qaçınılmazdır. Artıq ortada bir Azərbaycan örnəyi var. Azərbaycan bir presedent yaradıb".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 İyul 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see354

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see224

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see209

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see208

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see206

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see202

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see191

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see184

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see183

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see174

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see172

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see170

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see169

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see164

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see162

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see147

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see145

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see142

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see138

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri