Icma.az
close
up
RU
Rusiya öz “arxa bağçasını” çoxdan itirib, post Sovet məkanında təsirini ABŞ la bölüşməyə məcbur olub

Rusiya öz “arxa bağçasını” çoxdan itirib, post Sovet məkanında təsirini ABŞ la bölüşməyə məcbur olub

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Trampın Putinə simpatiya bəslədiyi heç kəsə sirr deyil. Putinin Ukraynadakı hərbi cinayətlərinə görə BMT Cinayət Məhkəməsi qərarı ilə həbsinə order verilmişkən Trampın onu ötən ilin avqustunda Alyaskada, qırmızı xalıda qarşılamasını xatırlaya bilərik. Trampın Rusiya-Ukrayna müharibəsinin həllinə dair Rusiyanın tələblərini əsas alan 28 maddəlik, daha sonra Ukraynanın xeyrinə azca dəyişiklikləri özündə əks etdirən 20 maddəlik sülh planı, başqa sözlə sülh müqaviləsinin eskizi Alyaskadakı görüşdə müəyyən olunmuşdu. Bundan öncə Tramp bəyan etmişdi ki, sülh müqabilində Krımın Rusiya tərəfindən anneksiyasını və Ukraynanın bəzi ərazilərdən (Donbasdan) geri çəkilməsini təmin etməyə hazırdır. Onların bir-birləri haqda xoş sözlərini, hətta Trampın Nobel Sülh Mükafatı almadığına görə Putinin “üzüldüyünü” və buna görə Trampın ona təşəkkür etdiyini də xatırlamaq olar. Beləliklə, təsis edilməkdə olan yeni dünya nizamında ABŞ və Rusiya arasında təsir dairəsinin yeni bölgüsünə dair bəyan olunmayan razılaşmanın olduğunu təxmin edə bilərik. Bu razılamaya əsasən Rusiyanın keçmişdə təsirinin olduğu məkanlarda müvafiq gücü azalır, yaxud ABŞ-la paylaşılır, bunun müqabilində isə Ukraynada işğal etdiyi ərazilərin Rusiyaya ilhaqı tanınır. Rusiyanın Cənubi Qafqazdakı təsiri də azalmaqdadır”.

Bu barədə Bizimyol.info xəbər portalına Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi, politoloq Şəhla Cəlilzadə bildirib ki, 1722-ci ildə Böyük Pyotrun qərarı ilə Dərbənd-Bakı istiqamətində hücumlara başlayan Rusiya imperiyası Qafqazı 20-ci əsrin sonunadək bu vəya digər formada, müxtəlif formasiyalarda öz nəzarətində saxlaya bilmişdir, SSRİ-nin dağılmasından sonra MDB yaradılmış, Putin isə 2000-ci ildə Rusiyanın hərbi-siyasi doktrinasına “Yaxın Çevrə” anlayışını daxil etmişdir: “Bu anlayış, Rusiyanın post-Sovet məkanında müstəsna hüquqlarını bəyan edirdi. Bu məkan qeyri-rəsmi dildə “arxa bağça” adlandırılır. Lakin ötən 20-30 ildə həm dünya miqyasında, həm regional miqyasda çoxsaylı hadisələr yaşandı ki, bu kontekstdə yeni nizam formalaşmaqdadır. Cənubi Qafqazın yeni geosiyasi nizamını yaradan məhz Azərbaycan və onun Prezidentidir. 1991-ci ildə müstəqilliyini qazanan Azərbaycan Respublikası Prezident İlham Əliyevin liderliyində Vətən müharibəsi ilə ərazi bütövlüyünü, suverenliyini tam olaraq, o cümlədən xarici siyasətdə ölkəsinin suveren hüquqları təmin etdi. Bir sözlə, haqqı olanı geri aldı. Burada balanslı siyasət, Rusiyanın bölgədəki təsirinin Qərblə əməkdaşlıq çərçivəsində balanslaşdırılması həlledici faktordur. Rusiya bunun fərqindədir. Hazırda Mərkəzi Asiya ölkələri də eyni siyasi dəstxətt ilə regionlarında Rusiya təsirini azaltmaqdadırlar”.

Şəhla Cəlilzadə

Politoloq qeyd edib ki, təsir zonalarının itirilməsi Rusiya üçün ağrılı proses olsa da, ruslar yeni qlobal konyuktura uyğunlaşmağa çalışır.

Şəhla Cəlilzadə bildirib ki, təsadüfi deyil ki, Bloomberq 2023-cü ildə “Qazaxıstan Rusiyanın arxa bağçasıdır” yazanda Rusiya Prezidentinin sözçüsü Peskov bu ifadəni informasiya müharibəsinin parçası kimi absurd adlandırmış, Rusiyanın bütün dövlətlərin suverenliyinə hörmət bəslədiyini ifadə etmişdi: “Trampın Davosda Qafqazı “Putinin ərazisi” adlandırması bu mənada “Yaxın Çevrə” doktrinasına istinad sayıla bilər. Çünki həmkarı Putin də tarixə istinadla danışmağı sevir. Lakin Trampın siyasi dili heç də hər zaman səlis, diplomatik etiketə uyğun deyil. Tramp açıq və sərt danışır, bəzən hətta səhvə yol verir. Məsələn; “Albaniya ilə Ermənistanı barışdıran” Tramp "Bloomberg"in “səhvini” ya bilərək, ya da bilməyərək təkrarlayır. Lakin aydındır ki, Rusiya öz “arxa bağçasını” çoxdan itirib, post-Sovet məkanında təsiri ABŞ-la bölüşməyə, ölkələrin müstəqil xarici siyasi qərarları ilə hesablaşmağa vadar olub. Rusiya sərhədçilərinin dayandığı Ermənistan ərazisində Azərbaycanın tələbi və siyasi iradəsi ilə “Trampın marşrutu”nun açılmasına, yəni Zəngəzur dəhlizinə dair üçtərəfli (ABŞ-Ermənistan-Azərbaycan) razılıq bunun ən bariz sübutudur”.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:68
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 27 Yanvar 2026 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see281

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see254

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see224

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see209

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see206

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see195

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see183

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see182

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see177

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see165

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see163

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see162

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see162

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see157

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see151

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see149

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see148

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see146

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri