“ABŞ post sovet məkanında möhkəmlənməyə, Qafqazda dayaq nöqtələri yaratmağa çalışır”
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ vitse-prezident Devid Vens fevral ayında Azərbaycana səfər edəcək.
Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən politoloq Tofiq Abbasov ABŞ-Azərbaycan münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdiyini bildirib:
“Bu səfər ABŞ-ın Azərbaycaan verdiyi önəmi göstərir. ABŞ Cənubi Qafqazdakı fəaliyyətini yalnız Azərbaycanla bağlı genişləndirmir. ABŞ çalışır ki, ilk növbədə post-sovet məkanında möhkəmlənsin. Qafqazda özünün dayaq nöqtələrini yaratsın. Fakt odur ki, Azərbaycanla ABŞ-ın yaxınlaşması, münasibətlərimizdə olan qarşılıqlı etimad yeni mərhələyə qədəm qoyur.
Azərbaycan 11 sentyabr hadisələrində ABŞ-la həmrəylik nümayiş etdirib. Sülh təşəbbüslərində, təhlükəsizliyin güclənməsində, əməkdaşlığın inkişafında və s. Azərbaycanla Amerika hər zaman bir yerdə fəaliyyət göstərib.
Tramp administrasiyası dönəmində isə bu əməkdaşlıq daha da inkişaf edib, mahiyyət etibarilə yeni mərhələyə yüksəlib. Bu isə onu deməyə əsas verir ki, ABŞ-Azərbaycan əlaqələri yaxın gələcəkdə də inkişaf etməkdə davam edəcək və bu əməkdaşlıq hər iki dövlətə böyük fayda verəcək”.
Seymur ƏLİYEV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 24 Yanvar 2026 17:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















