Rusiya PUA ları Xarkov vilayətində Malınivkanı vurdu: 5 nəfər yaralandı
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Rusiya hərbçiləri gecə saatlarında Xarkov vilayətinin Malınivka kəndini pilotsuz uçan aparatlarla atəşə tutub.
Bakıvaxtı.az bu barədə "Ukrinform"a istinadla xəbər verir.
Bildirilib ki, nəticədə 48, 25, 69 və 62 yaşlı dörd kişi, həmçinin 50 yaşlı qadın xəsarət alıb.
Məlumata görə, hücum yaşayış evlərinə və avtomobillərə ziyan vurub, yanğınlar baş verib.
Ümumilikdə vilayətdə mülki obyektlərdə dörd yanğın qeydə alınıb, xilasedicilər hadisə yerində çalışıblar.
Qeyd edək ki, son sutkada Rusiya ordusu Xarkov vilayətinə 12 “Şahed”, 2 “Molniia” və 4 FPV tipli PUA ilə hücum edib.
Əli Hüseynov

Xarkov gecə saatlarında kütləvi PUA hücumuna məruz qaldı, yeddi nəfər yaralandı
01 Mart 2025 12:12
Rusiya Xarkov vilayətində Kopanki kəndini ələ keçirdi
26 Noyabr 2024 18:03
Rusiya Xarkov vilayətində Kopanki qəsəbəsini ələ keçirdi
26 Noyabr 2024 18:12
Rusiya PUA ları Ukraynaya hücum edib, 5 nəfər ölüb, yaralılar var
05 İyun 2025 10:26
Ruslar Xarkov və Zaporojyeni PUA ilə vurdu
07 İyul 2025 13:43

