Icma.az
close
up
RU
Rusiya şimal sərhədlərinin təhlükəsizliyi üçün bunker tikir, digər tərəfdən NATO ya güc göstərir

Rusiya şimal sərhədlərinin təhlükəsizliyi üçün bunker tikir, digər tərəfdən NATO ya güc göstərir

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Rusiya Finlandiya ilə sərhədində hərbi qüvvələrini gücləndirir və Ukraynada davam edən münaqişə fonunda yeni alovlanma nöqtəsi yaradır". Bu barədə “The New York Times” yazır. Qəzetin yazdığına görə, peyk görüntüləri Rusiyanın Finlandiya sərhədi yaxınlığında hərbi mövcudluğunu fəal şəkildə gücləndirdiyini təsdiqləyir - infrastruktur, qırıcı təyyarələr üçün sığınacaqlar, anbarlar tikir. “Çadırlar, döyüş təyyarələri üçün sığınacaqlar və hərbi texnika üçün anbarlar NATO-nun ən yeni üzvlərindən birinin yaxınlığında Rusiyanın mövcudluğunun güclənməsindən xəbər verir”, mətndə deyilir. Eyni zamanda, qəzet "Rusiyanın hərbi mövcudluğunu təhdidedici səviyyəyə yüksəltməsinə" ən azı daha beş il vaxtının olduğuna inanan Finlandiya rəsmilərinə istinad edir. “The New York Times” nəşrinin məlumatına görə, Finlandiya sərhədi yaxınlığında, xüsusən də Kamenka və Alakurttidəki əsas bazaların yaxınlığında hərbi fəallığın artması qeydə alınıb. Mətndə deyilir ki, oxşar fəaliyyət Estoniya yaxınlığında da müşahidə olunub. Bundan əvvəl “The Wall Street Journal” yazmışdı ki, Rusiyaya qonşu olan Avropa ölkələri Rusiya Silahlı Qüvvələrinin sərhəddəki hərəkətlərindən getdikcə daha çox narahatdırlar, çünki Moskva guya münaqişəyə hazırlaşır.Rusiya həqiqətənmi cəbhə içində cəbhə açır?

Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Finlandiyanın NATO-ya üzv olduqdan sonra NATO şimal cəbhəsini inkişaf etdirir və burada yeni hərbi qüvvələr yerləşdirir.

Məhəmməd Əsədullazadə

“Rusiya da dəfələrlə deyib ki, Finlandiya və İsveç istiqamətində öz hərbi mövqelərini möhkəmləndirəcək. İndiki müstəvidə düşünmürəm ki, Rusiya Finlandiyaya və yaxud NATO-ya qarşı ikinci cəbhə açır. Çünki Ukrayna müharibəsi Rusiyanı kifayət qədər yorub. Rusiya sadəcə olaraq Finlandiya və NATO-ya əzələ nümayişi göstərmək istəyir ki, NATO ilə istənilən cəbhədə çatışa biləcək gücdədir”-deyən Məhəmməd Əsədullazadə qeyd edib ki, Rusiyanın bunkerlər tikilməsi gələcəkdə, məhz şimal tərəfdən sərhədin təhlükəsizliyi ilə bağlıdır.

“Rusiya hesab edir ki, Finlandiya və İsveç tərəfdən Rusiyanın təhlükəsizliyi təhdid oluna bilər. İndiki mərhələdə NATO-ya qarşı yeni bir cəbhə açılması inandırıcı deyil”-deyə politoloq bildirib.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 21 May 2025 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see200

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see186

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see126

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see126

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri