Rusiya Stepnoqorskda çoxmərtəbəli binanı vurub, dağıntılar altından qadının cəsədi tapılıb
Icma.az, Azertag saytına istinadən bildirir.
Kiyev, 29 iyun, AZƏRTAC
Rusiya Stepnoqorsku aviasiya və artilleriya ilə atəşə tutub. Mərmilərdən biri çoxmərtəbəli binaya düşüb.
Bu barədə AZƏRTAC Zaporojye vilayət dövlət administrasiyasının rəhbəri İvan Fyodorovun “Telegram” kanalına istinadla xəbər verir.
İyunun 29-u səhər saat 06:00 radələrində Rusiya qoşunları Zaporojye vilayətinin Stepnoqorsk şəhərinə kütləvi zərbələr endirib.
Yaşayış infrastrukturu zərbələrə tuş gəlib, mərmilərdən biri doqquzmərtəbəli binaya düşüb.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, Rusiya idarəolunan aviasiya bombalarından, reaktiv artilleriyadan, lülə artilleriyasından və dronlardan istifadə edib.
Zərbə nəticəsində çoxmərtəbəli binanın dağıntıları altından 70 yaşlı qadının meyiti tapılıb. Onun cəsədini xilasedicilər dağıntılar arasında təmizləmə işləri apararkən aşkar ediblər.
Hadisə yerində fövqəladə xidmətlər işləyir, hücumun nəticələrinin aradan qaldırılması davam edir.
Qeyd edək ki, Rusiya iyunun 29-na keçən gecə Ukraynanı rekord sayda (537) atəşə tutub. Hava hücumundan müdafiə qüvvələri onların çoxunu vurub, lakin bəzi zərbələr hədəfə dəyib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 29 İyun 2025 18:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















