Rusiya ordusu Odessada çoxmərtəbəli binanı vurub
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya qoşunlarının Ukraynanın Odessa şəhərində yerləşən 21 mərtəbəli yaşayış binasına gecə hücumu nəticəsində üçü uşaq olmaqla 17 nəfər yaralanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak "Telegram" kanalında məlumat verib.
Onun sözlərinə görə, zərbə binanın 10-cu mərtəbəsindən 17-ci mərtəbəsinədək olan mənzillərə, həmçinin yaxınlıqda park edilmiş avtomobillərə ziyan vurub.
Hadisə yerində kommunal və fövqəladə xidmətlərin əməkdaşları çalışır.
Mütəxəssislər dəymiş zərəri qeydə almağa və hücumun nəticələrini aradan qaldırmağa davam edirlər. Sakinlər üçün operativ qərargahlar yaradılıb. Burada onlar zəruri yardım və məsləhətlər ala bilərlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 03 Sentyabr 2026 08:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















