Alimlər çoxmərtəbəli binanı sərinlədə bilən pəncərə örtüyü yaratdı
Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
Cənubi Koreya minimal enerji sərfiyyatı ilə çoxmərtəbəli binaları effektiv şəkildə soyuda bilən innovativ pəncərə örtüyü hazırlayıb.
Yeniavaz.com “New Atlas”a istinadən xəbər verir ki, bu nailiyyət əhəmiyyətli miqdarda elektrik enerjisi istehlak edən kondisioner və istilik sistemlərindən asılılığı azaltmaq üçün həll yolu ola bilər.
Bildirilib ki, pəncərələr daxili temperaturun tənzimlənməsində mühüm rol oynayır, eyni zamanda istilik itkisinin əsas səbəbidir. POSTECH və Cənubi Koreya Universitetinin alimləri şüşənin şəffaflığını qoruyarkən istiliyi aradan qaldıran və görünən işığı ötürə bilən material yaradıblar.
Alimlər ümid edirlər ki, yeni material təbii işıqdan ödün vermədən binaların içərisində rahat temperaturu təmin edəcək və kondisioner sistemlərinə ehtiyacı azaldan pəncərələrin istehsalında istifadə olunacaq.
Bu mövzuda digər xəbərlər:Hindistanda qasırğa çoxmərtəbəli binanı çökdürdü
20 Aprel 2025 10:49
Rusiya ordusu Odessada çoxmərtəbəli binanı vurub
03 Sentyabr 2026 08:50
Beyrutun mərkəzində həyəcan: İsrail çoxmərtəbəli binanı vurdu
11 Mart 2026 12:21
Ruslar Poltavada çoxmərtəbəli binanı vurublar, ölənlər var Video
01 Fevral 2025 12:04
Baxış sayı:138
Bu xəbər 18 Noyabr 2024 20:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















