Icma.az
close
up
RU
Rusiya Suriyadakı hərbi bazalarını qorumağa çalışacaq, Suriyanın yeni hakimiyyəti Əsədi tələb edəcək

Rusiya Suriyadakı hərbi bazalarını qorumağa çalışacaq, Suriyanın yeni hakimiyyəti Əsədi tələb edəcək

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün dünya müharibələrlə çalxalanır. Suriyada Əsəd rejimi devrildi. Bəşər Əsəd İrana deyil, Rusiyaya qaçdı. Rusiya bir tərəfdən Ukrayna adı altında Qərb ilə müharibədədir.Suriyada baş verən siyasi dəyişiklik, Əsədin Rusiyaya sığınması, onun həbsi və cəzalandırılması ilə bağlı siyasi çağırışlar Rusiyanın bölgədəki nüfuzuna necə təsir edəcək?

“Ağ Partiya” başqan müavini Əhəd Məmmədli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu vəziyyət Rusiyanın imicinə ciddi zərbədir: “Ukrayna müharibəsi başlanandan Hersondan çıxması, Kursk vilayətinin ərazilərinin itirilməsi, Qarabağdan çıxması və indi Suriyada uzun illərdir davam edən prosesin nəticəsi Rusiyanın və Putinin imicinə zərbədir. Bu, belə qiymətləndirilir. Həmçinin, "Ərdoğan yenə Putinə qalib gəldi, Putini qovdu, Putinə dərs keçdi" kimi fikirlərin formalaşmasına zəmin yaranır. Rusiyanın özündə də Türkiyəyə qarşı "qara piar" başlayıb. Media seqmentində, müxtəlif deputatlar səviyyəsində və s. antitəbliğat aparıldı. İddia edilir ki, guya yenə Türkiyə Rusiyaya növbəti dəfə "arxadan zərbə" endirdi”.

Əhəd Məmmədli

Suriyada baş verən hadisələrdən sonra Rusiyanı nə gözləyir?

Əhəd Məmmədli bildirib ki, Rusiya Yaxın Şərqdə yeganə müttəfiqini itirdi və hazırda Rusiya çalışır ki, yeni hakimiyyətlə razılaşıb, hərbi bazalarını qoruyub saxlaya bilsin. Politoloqun fikrincə, Suriyada yeni hakimiyyətin ən böyük uğuru Rusiyadan Bəşər Əsədi təhvil almaq ola bilər.

“Rusiya biraz ironik vəziyyətə düşüb. Devrilmiş diktatoru qəbul etmiş ölkəyə çevrilib. Yanıkoviç diktator deyildi, demokratik seçki ilə seçilən prezident idi. Yanıkoviç ölkəsindən qaçdı, inqilabla hakimiyyətini tərk etdi. Bu gün inqilab, sonra da vətəndaş müharibəsinə çevrilən Suriyadan Bəşər Əsəd Rusiyaya sığındı. Rusiya da “pis oğlan”ları qəbul etmiş ölkə olaraq, Rusiya “pis oğlan” imicini yenə də dünya gözündə pisləşdirmiş oldu. Ən azından Qərb düşərgəsində, Qərbi Avropa düşərgəsində belə qəbul edilir”-deyə Əhəd Məmmədli əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 10 Dekabr 2024 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see250

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see238

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see216

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see162

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see154

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see150

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see149

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see148

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see141

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see141

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see139

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see138

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see135

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see135

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri