Rusiya Türkiyə ticarəti davam edəcək
Hurriyyet saytına istinadən Icma.az xəbər verir.
Hurriyyet.az xəbər verir ki, RF Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Türkiyənin özü üçün sərfəli məhsulları Rusiyadan almağa davam edəcəyini söyləyib.
ABŞ Prezidenti Donald Trampın Türkiyənin Rusiya qazından imtina edəcəyinə inandığı barəsində sözlərini şərh edən Peskov Ankaranın özünə sərfəli olan bir sıra məhsulları Moskvadan almağa davam edəcəyini söyləyib.
Peskov deyib: "Türk axını" tam gücü ilə işləyir. "Mavi axın" da tam gücü ilə işləyir. Biz Türkiyə Respublikası ilə ticari-iqtisadi əməkdaşlığımızı davam etdiririk. Türkiyə hansı sahələrdə bizimlə əməkdaşlıq edə biləcəyinə özü qərar verən suveren dövlətdir. Hansısa məhsullarla ticarət Türkiyəyə sərf edərsə, onlar həmin sahədə ticarəti davam etdirəcəklər".
Hürr Tərcüman


