Icma.az
close
up
RU
Rusiya Prezidenti Türkiyə XİN in başçısını qəbul edəcək

Rusiya Prezidenti Türkiyə XİN in başçısını qəbul edəcək

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Moskva, 26 may, AZƏRTAC

Rusiya Prezidenti Vladimir Putin Moskvada işgüzar səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidanı Kremldə qəbul edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib. O qeyd edib ki, görüş ölkə başçısının cari gün üçün nəzərdə tutulan qapalı tədbirləri çərçivəsində baş tutacaq.

Kreml nümayəndəsinin sözlərinə görə, danışıqların gündəmində əsas mövzulardan biri Ukrayna münaqişəsi olacaq.

Peskov vurğulayıb ki, Fidan, ilk növbədə, Moskvaya rusiyalı həmkarı Sergey Lavrovla danışıqlar aparmaq üçün gəlib və bu müzakirələr çərçivəsində prioritet mövzu Rusiya-Türkiyə münasibətlərinin ikitərəfli formatda inkişafı olacaq. Eyni zamanda, onun sözlərinə görə, Ukraynadakı vəziyyətlə bağlı fikir mübadiləsi əsas məsələlərdən biridir.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi məlumat vermişdi ki, Türkiyənin xarici işlər naziri Hakan Fidanın Moskvaya səfəri zamanı Cənubi Qafqazda əməkdaşlığın dərinləşdirilməsi, o cümlədən nəqliyyat əlaqələrinin və kommunikasiyaların açılması, eləcə də regionun münaqişədən sonra yenidən qurulması məsələsinin ətraflı nəzərdən keçirilməsi planlaşdırılır. Nazirlik onu da qeyd edib ki, Rusiya və Türkiyə sülhün olduğu və proqnozlaşdırıla bilən Cənubi Qafqazda maraqlıdır. Tərəflərin fikrincə, buna “3+3” regional əməkdaşlıq platforması çərçivəsində birgə səylərlə nail olmaq olar. “Moskva Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesini alqışlayır”, - deyə onlar əlavə ediblər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:214
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 May 2025 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see329

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see265

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see252

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see247

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see239

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see237

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see236

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see232

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see228

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see223

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see220

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see213

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see212

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see212

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see209

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see195

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see189

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see188

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri