Icma.az
close
up
RU
Türkiyə Macarıstana Rusiya qazını tədarük etməyə davam edəcək

Türkiyə Macarıstana Rusiya qazını tədarük etməyə davam edəcək

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

Macarıstanın baş naziri Viktor Orban 8 dekabr, bazar ertəsi günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə Rusiya qazının Macarıstana tədarükünün davam etdirilməsi barədə razılığa gəlib. 

Qaynarinfo xəbər verir ki, bu barədə MTI yazır.

Ərdoğanla danışıqlardan sonra keçirilən mətbuat konfransında Orban energetika sahəsində əməkdaşlığın müzakirə edildiyini bildirib.

Macarıstanın baş naziri ABŞ-la əldə olunan son razılaşmanı xatırladıb. Həmin razılaşmaya əsasən, Rusiya qazı və nefti ilə bağlı Amerika sanksiyaları Macarıstana şamil olunmayacaq. Bundan başqa, Rusiya gələcək tədarüklərin davam etdiriləcəyinə də zəmanət verib. "Bu gün prezident Ərdoğanla razılığa gəldik ki, türklər bunun üçün tranzit marşrutunu təmin edəcəklər”, – deyə Orban bəyan edib.

Baş nazir əlavə edib ki, bu zəmanət "ciddi məsələdir” və zəruri ola bilər, çünki yalnız bu il Türkiyə üzərindən Macarıstana 7,5 milyard kubmetr qaz daxil olub.

Bundan əvvəl UNIAN yazırdı ki, köşə yazarı Qeyvin Makvayer təkcə Macarıstan və Slovakiyanın deyil, həm də digər Aİ ölkələrinin 2027-ci ilə qədər Rusiya qazı idxalının mərhələli şəkildə dayandırılmasına qarşı çıxacağını güman edir. Çünki Ukraynaya təcavüzkar olan ölkənin ucuz "mavi yanacağına” bağlı digər dövlətlər də mövcuddur.

Xüsusilə qeyd edilir ki:

• İtaliya Avropanın Rusiya qazından ən çox asılı olan iqtisadiyyatıdır,

• Niderland da bu sıraya daxildir,

• Böyük Britaniya isə Aİ üzvü olmasa da, enerji balansında qazın əhəmiyyətli paya malikdir.

Makvayer ümumilikdə altı böyük Avropa ölkəsinin enerji tələbatında təbii qazın payının 30%-dən çox olduğunu qeyd edir. Maraqlıdır ki, bu siyahıda Ukraynanın özü də göstərilir.

Həmçinin daha əvvəl xəbər verilmişdi ki, Türkiyənin energetika naziri Alparslan Bayraktar Rusiya və Ukrainaya müraciət edərək, ölkəsini müharibəyə cəlb etməməsini və Türkiyənin enerji infrastrukturunu hədəf almamasını istəyib. Nazir vurğulayıb ki, Türkiyənin enerji axınlarının fasiləsizliyini təmin etməsi həyati əhəmiyyət daşıyır. Buna görə də o, Xəzər Boru Kəməri Konsorsiumu kimi marşrutların təhlükəsiz olmalı olduğunu bildirib.

Alpər

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 09 Dekabr 2025 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see363

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see340

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see279

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see273

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see270

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see269

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see263

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see256

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see253

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see249

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see241

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see238

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see236

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see235

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see228

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see224

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see208

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri