Icma.az
close
up
RU
Rusiya üçün böyük şans yarandı: Putin dünyaya elan etdi

Rusiya üçün böyük şans yarandı: Putin dünyaya elan etdi

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Rusiya Prezidenti Vladimir Putinin Çinə səfəri təkcə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi baxımından deyil, həm də qlobal güc balansında yeni strateji cizgilərin formalaşması kontekstində mühüm əhəmiyyət daşıyır. Hazırkı beynəlxalq şərtlər daxilində, xüsusilə də Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar, Ukrayna müharibəsinin qeyri-müəyyənliyi və Avrasiya məkanında nüfuz mübarizə fonunda Pekin–Moskva əlaqələrinin mahiyyəti daha da ön plana çıxır.

Putin Çindən ölkəsinə nə ilə dönəcək? Rusiyanın Çinlə münasibətlər, Ukrayna müharibəsi və Azərbaycanla gərginlik spektrında nə kimi dəyişikliklər ola bilər?

Globalinfo.az-a danışan siyasi şərhçi Mütəllim Rəhimli deyib ki, Putinin Çinə dəvət edilməsi və ŞƏT-in sammitində iştirakı Rusiya üçün böyük avantajdır:

“Rusiyaya qarşı təcrid siyasəti aparıldığı bir vaxtda Putinin belə bir möhtəşəm tədbirdə iştirakı Qərbə ciddi mesajdır.

Ukrayna müharibəsi dünya güclərinin cəbhələşməsini dərinləşdirib. Üstəlik, Qərblə ABŞ arasında da bu məsələdə fikir ayrılıqları müşahidə edilməkdədir. Buna rəğmən, alternativ düşərgədə parçalanma yoxdur, əksinə, fikir birliyi qalmaqdadır. Putinin iştirak etdiyi bu tədbirdə təmsil olunanlar da prinsipcə Rusiyanın təsir dairəsində olanlar və yaxud ABŞ və Qərbin təsir zonasını genişləndirməsinin əleyhdarlarıdır.

Ukrayna müharibəsi çoxsaylı təlatümlər yaratsa da, hədəfləri strateji baxımdan dəyişməyib. Fikir versək, üç ildən artıq vaxt keçsə də, nə Rusiyanın, nə də Birləşmiş Ştatların mövqeyində kəskin fərq görmürük. Avropa ölkələri isə iqtisadi və siyasi maraqları təmin edilmədiyinə görə müharibənin davam etdirilməsini istəyir”.

Həmçinin oxuyun:

Trampın yeni Rusiya planı: Putinə zəngi zamanı nə deyib?

Mütəllim Rəhimli

Ekspert deyib ki, Putin bu tədbirdə dünyaya sanksiyalara baxmayaraq hər şeyin yolunda getdiyi, Rusiyanın böyük siyasi və hərbi güc olaraq qaldığı mesajını çatdırdı:

“Lakin ikitərəfli münasibətlərdə hər hansı ciddi yenilik və təkliflər nəzərə çarpmadı. Ona görə də məhz bu tədbirdən sonra Rusiyanın münasibətlərində dəyişiklik olması real deyil.

Bununla belə, ŞƏT-in Sammitindən belə bir təəssürat yarandı ki, Qərbin bütün cəhdlərinə, çarpışmalarına baxmayaraq Şərqin inkişafının qarşısını almaq mümkün deyil”.

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 01 Sentyabr 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see250

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see195

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see140

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see137

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see135

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see135

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see131

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see131

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see130

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri