Icma.az
close
up
RU
Rusiya üçün tarixi şans yarandı: “Putin Ağ Evdəki qovğadan...”

Rusiya üçün tarixi şans yarandı: “Putin Ağ Evdəki qovğadan...”

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

“Putin Ağ Evdə Trampla-Zelenski qovğasından öz məqsədləri üçün istifadə etməyə çalışacaq”.

"Cebheinfo.az" xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu ABŞ Prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski arasında Ağ Evdə yaşanan mübahisəni şərh edərkən deyib.

Onun sözlərinə görə, ilk əvvəl Rusiya ordusu cəbhə bölgəsində irəliləməyə çalışacaq:

“İkincisi, Putin Trampla yaxın müddətdə görüşməyə çalışacaq. Doğrudur, Putin Zelenskinin gününə düşməmək üçün görüşün üçüncü ölkədə və qapalı keçirilməsini tələb edəcək.

Bu arada, Ukrayna ABŞ-nin maliyyə və hərbi yardımını unutmalıdır. Ukrayna ancaq öz gücünə arxalanmalıdır. Bəlkə də resurslarla barədə bu gün Ağ Evdə sazişin imzalanmaması Ukraynanın xeyrinə oldu. Tramp həmin sazişlə Ukraynanın rerurslarını ələ keçirmək istəyirdi. 

Buna baxmayaraq, Zelenski ABŞ-nin borcuyla bağlı nəsə etməlidir. Əlbəttə, bu Trampın iddia etdiyi kimi 350 milyard dollar deyil. Hər halda borcun 100 milyard dollar civarında olduğu bildirilir. Kiyev bu borcu müharibədən sonra hissə-hissə qaytarmalı olacaq. Kiyev indidən bunun mexanimzini düşünməlidir”.

E.Şahinoğlu qeyd edib ki, Avropa da Ağ Evdəki qovğadan dərs çıxarmağa çalışacaq:

“Hamıya aydın oldu ki, Trampın Ağ Evdə olduğu müddətdə Avropa ilə ABŞ arasında məsafə daha da uzanacaq, NATO-nun birliyi zəifləyəcək. Avropa ölkələri təhlükəsizliyə xərclərini artırmalı olacaqlar. 

Avropa ölkələrinin büdcələrini daha çox sosial problemlərin həllinə yönəltmək, təhlükəsizlik məsələlərini isə Amerikaya yükləmək dövrü bitdi.

Ağ Evdəki qovğanı gördükdən sonra Azərbaycanın da Tramp administrasiyasından uzaq olması faydalıdır”.

"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 Mart 2025 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see335

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see306

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see295

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see291

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see286

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see285

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see263

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see260

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see256

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see254

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see243

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see233

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see226

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see225

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see220

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see210

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see202

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see201

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see193

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri