Icma.az
close
up
RU
Rusiya Ukrayna danışıqları öncəsi şok hücum Lavrov Rubio ilə danışdı

Rusiya Ukrayna danışıqları öncəsi şok hücum Lavrov Rubio ilə danışdı

Icma.az, Modern.az saytına istinadən bildirir.

Bu gün – iyunun 2-də İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqları ərəfəsində hər iki tərəf bir-birinə  diqqətçəkən hücumlar ediblər. Ukrayna Rusiyanın hərbi hava limanlarına və dəmir yolu xətlərinə hücum edib.
Ukrayna kəşfiyyat xidməti uzunmüddətli hazırlıqdan sonra Rusiyanın Ukraynaya hücumlarda istifadə etdiyi hərbi hava limanlarına qarşı genişmiqyaslı əməliyyat həyata keçirib. Ukrayna Təhlükəsizlik Xidməti bəyan edib ki, dörd hava limanına edilən hücum nəticəsində ümumilikdə 40-dan çox təyyarə məhv edilib.
Ukrayna hərbi kəşfiyyatının verdiyi digər məlumata əsasən, şənbə gecəsi Rusiyaya məxsus yük qatarı partladılıb. Partlayış nəticəsində yanacaq çənləri və yük vaqonları relsdən çıxıb. Bazar gecəsi isə Rusiyada daha iki hadisə baş verib – Kursk və Bryansk vilayətlərində körpü çökməsi nəticəsində iki qatar relsdən çıxıb. Rusiya tərəfi etiraf edib ki, bu hadisələr nəticəsində 7 nəfər həlak olub, 70-ə yaxın insan yaralanıb.

Rusiya tərəfindən həyata keçirilən raket hücumu nəticəsində isə Ukrayna ordusunun təlim bazasında azı 12 hərbi qulluqçu həlak olub, 60-dan çox şəxs yaralanıb.

Modern.az xəbər verir ki, bu hadisələrin ardından Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Mark Rubio arasında telefon danışığı olub. Rusiya Xarici İşlər Nazirliyi Ukrayna böhranının siyasi həlli ilə bağlı müxtəlif təşəbbüslərin, o cümlədən iyunun 2-də İstanbulda birbaşa Rusiya-Ukrayna danışıqlarının bərpası planlarının müzakirə edildiyini bildirib.

Qeyd olunur ki, Rubio Bryansk və Kursk vilayətlərində dəmir yolu infrastrukturunun bombalanması nəticəsində mülki vətəndaşların tələfatı ilə bağlı Lavrova başsağlığı verib.

Rusiya Xarici İşlər Nazirliyi bildirir ki, Bryansk və Kursk vilayətlərində dəmir yolu infrastrukturunda baş verən partlayışlarla bağlı araşdırmanın nəticələri çox yaxın vaxtlarda dərc olunacaq və partlayışlara görə məsuliyyət daşıyanlar mütləq müəyyən ediləcək və mütləq cəzalandırılacaqlar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:209
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 İyun 2025 01:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri