Icma.az
close
up
RU
Avropalıların iştirakı olmadan, təkcə ABŞ vasitəçiliyi ilə Rusiya Ukrayna müharibəsi dayandırıla bilməz

Avropalıların iştirakı olmadan, təkcə ABŞ vasitəçiliyi ilə Rusiya Ukrayna müharibəsi dayandırıla bilməz

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

“Yeni dövriyyəyə buraxılmış sülh planı əvvəlkilər kimi uğursuz olacaq. Necə ki, Alyaska prosesi var idi, sonra Budapeşt şəhərində görüş gündəmə gəldi. İlin əvvəlindən mən bunu dəfələrlə demişəm ki, bu müharibəni dayandırmağa, prezident Trampın gücü çatmayacaq. Bu proses avropalıların özlərinin iştirakı olmadan həyata keçirilə bilməz. Bu, mənim təxminimdir, hələ ki, özünü doğruldur”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan politoloq Qədir Aslan açıqlamasında bildirib ki, Fransa və Almaniyanın davranışları bu prosesdə xüsusi önəm daşıyır.

Qədir Aslan qeyd edib ki, ənənəvi şəkildə tarixə də baxsaq, görürük ki, müttəfiq qüvvətləri,yəni Qərb ölkələri hər zaman informasiya diversiyası aparırlar, savaş apardıqları ölkələrə qarşı yanıltmq və çəkindirmək məsqədli mətbuat əməliyyatları, "PR" əməliyyatları həyata keçirilir: “İkinci dünya müharibəsində də “çəkilmiş qiymə, ət” əməliyyatı vardı. “Minced meat” - "farş əməliyyatı" deyirlər. Həmin dövrdə də ingilislərlə amerikalılar almanları aldada bildilər və sonra da öz qoşunlarını başqa istiqamətdə çıxartdılar. Yunanıstana yox, elə Siciliyə çıxartdılar. Burada da belə olacaq. Biz baxmalıyıq ki, yerdə nə baş verir. Yerdə Rusiya piyada qoşunları uğursuzdur, qarşıya qoyulan hədəflərə çata bilmir. Hava qoşunları müəyyən mənada xəsarət yetirə bilir. Onu da artıq yeni imzalanan müqavilələrlə xeyli dərəcədə azaldacaqlar”.

Sülh planında təqdim olunan şərtlər vasitəçilərin maraqlarına xidmət edirmi?

Qədir Aslan bildirib ki, bu məsələdə vasitəçilər anlayışı yoxdur, burda tərəflər anlayışı var və heç kim vasitəçi rolunu oynaya bilmir: “Təəssüf ki, vasitəçi rolunu edə biləcək tərəf kimi ABŞ ortaya çıxa bilər. Amma o da hələ ki, vasitəçiliyin və ya moderatorluğun gərəkdirdiyi keyfiyyətlərə malik deyil, özünü o şəkildə aparmır. ABŞ həm vasitəçi, həm tərəf olmaq iddiasını öz üzərinə götürüb. Bunların ikisi də eyni anda mümkün deyil. Bilirsiniz ki, ABŞ artıq tərəfdir. Amerika Birləşmiş Ştatları öz silahları ilə məsələnin tərəfinə çevrilib və Rusiyanın beynəlxalq aləmdə apardığı siyasətə qarşı özünün təşəbbüsləri ilə bir tərəfdir.

Ukrayna təbii ki, qurban mövqeyində qalmaq istəmir. Ukrayna, Avropa Birliyinin və Avropa təhlükəsizlik çətirinin önəmli nöqtəsidir. Nə qədər qurban verib və o qurbanların qarşılığında istəyir ki, belə alçaldıcı sülh proqramları ilə onun üzərinə gəlməsinlər. Zatən prezident Zelenski də gedib orada hansısa bir sənədə imza atsa, generallar buna imkan verməyəcəklər. Generallar onu çevirib özləri hakimiyyətə gələcək və bu savaşı davam etdirəcəklər. Ukraynanı dayandırmaq üçün, kapitulyasiyaya getməsi üçün maliyyə yardımını və silah yardımını kəsmək lazımdır. Bu da mümkün deyil. Görürsünüz ki, əksinə baş verir. Maliyyə yardımı da davam edir. "Pörl" proqramı çərçivəsində silah yardımı da davam edir. Yəni reallıqlar başqa cürdür”.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 20 Noyabr 2025 23:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see341

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see245

Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi

03 Yanvar 2026 06:51see241

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see215

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see206

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see200

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see186

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see165

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see155

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see155

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see140

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see138

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see135

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see133

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see131

“Dünya Bankı Azərbaycanda bank reallığını səhv ölçür” Əkrəm Həsənov

03 Yanvar 2026 17:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri