Icma.az
close
up
RU
Rusiya Ukrayna müharibəsi bu vaxt dayanacaq AÇIQLAMA

Rusiya Ukrayna müharibəsi bu vaxt dayanacaq AÇIQLAMA

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ Prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq “Fox Business” telekanalının efirində bildirib ki, Ukrayna və Rusiya tam atəşkəsə nail olmağa yaxındırlar, bunun üçün iki ölkənin şərtlərini razılaşdırmaq lazımdır.

Bəs yaxın zamanda Ukrayna və Rusiya atəşkəsə nail ola bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Elşad Həsənov bildirdi ki, artıq 4-cü ildir ki, müharibə davam edir:

"Ukraynanın müdafiə nazirinin verdiyi məlumata görə, Rusiya tərəfindən 945 min rus əsgəri və zabiti sıradan çıxıb. Bunun yarıdan çoxu yaralanıb, qalanı isə məhv edilib. Çox sayda, 11 minə yaxın tank və döyüş maşını sıradan çıxıb. Müharibə hər iki tərəfi taqətdən salıb. Həm iqtisadi, siyasi, həm də diplomatik cəhətdən vəziyyət pisdir. Hər bir müharibə mütləq bitir və sülhlə bitir. Təsəvvür edin ki, son 400 ildə Fransa-Almaniya arasında 23 müharibə olub. Bunlar qəddar düşmən olublar. Ancaq bu gün Avropanın ən aparıcı ölkələridir və münasibətləri yaxşıdır. Müharibə bitməlidir və Trampın da əsas məqsədi müharibəni dayandırmaqdır. Trampın dediyi kimi, gün ərzində müharibə neçə gəncin ölümünə səbəb olur".

Politoloq qeyd etdi ki, ABŞ Prezidenti Donald Tramp müharibənin dayandırılması istiqamətində ciddi addımlar atır.

"Artıq bir neçə görüşlər keçirib. Hesab edirəm ki, müharibə dayanacaq. Ancaq tezliklə dayanması inandırıcı deyil. Sülh müqaviləsinin bağlanması ilə bağlı danışıqlar zamanı Rusiya tərəfi daha da aqressivləşir, Ukraynanın daxilinə zərbələr endirir. Ukrayna Rusiya ərazisinə PUA-larla hücum edir. Sanki müharibə daha da qızışır. Ancaq hesab edirəm ki, hər iki tərəf də artıq yorulub. Müharibəni dayandırmaq lazımdır və ABŞ hakimiyyəti ciddi dəstək göstərib, bunu tələb edir. Rusiya atəşkəsə əməl etməsə, Rusiyaya qarşı ciddi sanksiyalar olacaq. Ukrayna tərəfinə əlavə qüvvələr veriləcək ki, Ukrayna onları öz torpaqlarından sıxışdırsın. Yaxın zamanda yox, ilin sonuna yaxın atəşkəsə nail olunacaq və müharibə dayanacaq. Çünki başqa yol yoxdur. Hər iki dövlətə müharibə təsir edir. Gənclər həlak olur. Təkcə Amerika yox, Avropa da istəyir ki, müharibə dayansın. Ancaq Ukraynanın ərazi bütövlüyünü əldə etmək mümkün olan deyil. Təbii ki, Ukrayna uduzduğu ərazilərin tam olaraq Rusiyaya verilməsinə razı deyil. Ancaq hələlik sülh müqaviləsi bağlayıb, gələcəkdə diplomatik yolla ərazilərini azad edə bilər", - deyə müsahibimiz bildirdi.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 Aprel 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see581

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see535

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see395

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see305

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see280

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see266

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see246

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see243

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see243

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see238

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see221

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see214

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see214

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see211

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see208

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see207

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri