Rusiya Ukrayna müharibəsi nə vaxt bitəcək? Zelenski açıqladı
Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibənin dayandırılması üçün diplomatik səylərin bu ilin payızında nəticə verməsinə ümid etdiyini bildirib.
Modern.az xəbər verir ki, Zelenski bu barədə Ukraynanın xaricdəki diplomatik nümayəndəliklərinin rəhbərləri ilə keçirilən müşavirədə danışıb.
Prezidentin sözlərinə görə, Ukrayna bütün səylərini Rusiyaya təzyiqlərin artırılmasına və ölkənin qışı təhlükəsiz keçirməsinə yönəldəcək.
"Biz hazırda diplomatik səylərimizin nə vaxt nəticə verəcəyini yüz faiz proqnozlaşdıra bilmirik. Lakin çox çalışacağıq ki, bu, qışa qədər, payızda baş versin", – deyə Zelenski bildirib.
O vurğulayıb ki, Rusiya Prezidenti Vladimir Putin müharibəni uzatmağa çalışır, yeni səfərbərlik və yeni hücumlar hazırlayır. Buna görə də Ukrayna tərəfdaşlarını birləşdirərək Rusiyaya təzyiqi artırmaq niyyətindədir.
Zelenski qeyd edib ki, qarşıdakı qış Ukrayna üçün əsas prioritetdir. Bu məqsədlə ölkənin maliyyə ehtiyacları, enerji infrastrukturu üçün avadanlıqlar, transformatorlar, eləcə də Patriot, IRIS-T, HAWK, SAMP/T və NASAMS hava hücumundan müdafiə sistemləri üçün raketlərin təmin edilməsi əsas vəzifələrdən biridir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 03 Avqust 2026 16:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















