Rusiyada qələbəyə hazırlıq əmri: Ukrayna müharibəsi yekunlaşır?
Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Kreml Vahid Rusiya Partiyasının deputatlarını Ukraynadakı müharibədə qələbəyə və döyüş iştirakçılarının kütləvi şəkildə evə qayıtmasına hazırlaşmağa çağırıb.
Bu barədə Rusiyanın "Vedomosti" nəşri məlumat yayıb.
Rusiya lideri Vladimir Putinin Administrasiyasının nümayəndələri sözügedən partiyanın deputatları üçün xüsusi təlim seminarı təşkil ediblər.
Qeyd olunur ki, tədbirdə iştirak edən Rusiya Prezidenti Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko hərbçilərlə sıx əməkdaşlığın vacibliyini xüsusi vurğulayıb:
"Döyüş iştirakçıları xüsusi əməliyyatdan anidən qayıtdıqda, hamı qələbəyə hazır olmalıdır".
Bununla belə, seminar təşkilatçıları rusiyalı deputatların qələbəyə məhz necə hazırlaşmalı olduqları barədə heç bir konkret izahat verməyiblər. Kiriyenko deputatları xalqa daha yaxın olmağa səsləyib:
"Sıravi rusiyalılar deputatların sadə əhalinin problemlərindən uzaq, zəngin insanlar olduğunu düşünürlər".
///oxu.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 17 Noyabr 2026 06:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















