Icma.az
close
up
RU
RUSİYA UKRAYNA MÜHARİBƏSİ YENİDƏN ŞİDDƏTLƏNDİ Qəvami Sadıqbəyli yazır

RUSİYA UKRAYNA MÜHARİBƏSİ YENİDƏN ŞİDDƏTLƏNDİ Qəvami Sadıqbəyli yazır

Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

Donald Tramp ABŞ-da hakimiyyətə gəldiyi ilk gündən Rusiya-Ukrayna müharibəsini qısa zamanda dayandırmağa çalışacağını bütün dünyaya bəyan etmişdi. Etiraf olunmalıdır ki, Tramp həqiqətən bu isiqamətdə xeyli təşəbbüs göstərdi:

- Vaşinqtonda  Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdü;

- Avropa Birliyi Liderləri ilə bu mövzunu müzakirə etdi;

- Səudiyyə Ərəbistanında Rusiya-Ukrayna nümayəndələrinin görüşünü təşkil etdi;

- Rusiya prezidenti Vladimir Putinlə telefonla şəxsən danışıqlar apardı və s.

ABŞ-la yanaşı, Türkiyə siyasi rəhbərliyi də müharibənin dayandırılması üçün Rusiya və Ukrayna tərəfinə dəfələrlə vasitəçilik təklifi etdilər. Hətta Rusiya və Ukrayna nümayəndələri ilə İstanbulda aparılan danışıqlardan sonra yüzlərlə əsir mübadiləsi baş tutdu.

Lakin Putin Trampın və Ərfoğanın irəli sürdüyü sülh danışıqlarına ciddi yanaşmadı. Rusiya prezidenti müharibəni  uzatmaqla düşünürdü ki, daha çox Ukrayna ərazisi ələ keçirəcək, beləliklə sülh danışıqlarında daha güclü mövqe ilə çıxış edəcək və daha çox şərtlər irəli sürə biləcək. Amma Putin unutdu ki, Qərb və Ukrayna da boş oturmayacaq.

Öz torpaqlarını qoruyan Ukrayna ordusu Qərbin dəstəyi ilə güclənə və üstün mövqe əldə edə  bilər. Son günlər baş verən hadisələr də göstərdi ki, həqiqətən, müharibələrin gedişatında hər an vəziyyət dəyişə bilər.

Son məlumatlara görə, mayın 31 və iyunun 1-də Ukrayna ordusu Rusiyada çox  güclü və dağıdıcı əməliyyat həyata keçirib. Belə ki, kütləvi dron dəsdəsi ilə  Rusiyanın müxtəlif  bölgələrinə hücum edib. Rusiyanın beş böyük hərbi hava bazası və 40-dan çox bahalı qırıcı - strateji bombardman, kəşfiyyat təyyarələri məhv edilib. Murmanskdan tutmuş İrkutska kimi, Ukraynadan 5000 km aralıda yerləşən hərbi baza aerodromları kütləvi surətdə dronlarla hədəfə alınıb. Nəticədə, Ukrayna rusların nüvə silahı daşıya bilən 40-dan artıq, yəni təxminən 30 %-dən çox hərbi təyyarəsini məhv edib. Üstəlik, Rusiyanın nüvə obyektləri və nüvə fəaliyyətləri ilə bağlı 2 milyondan artıq sənəd ələ keçirilib.

Baş verən hadisələr göstərir ki, Qərb Rusiyanın nüvə potensialını məhv etməyə qərar verib. Bu hücumlardan sonra Rusiya rəhbərliyi şoka düşüb.

Bundan əlavə Ukrayna döyüş bölgəsində də Rusiya ordu hissələrinə sərt və gözlənilməz zərbələr endirib. Proseslərin gedişi göstərir ki, müharibənin dayandırılması təklifinə əməl etməyən Moskva ABŞ və Avropa tərəfindən Ukraynanın əli ilə cəzalandırılır. Bununla da Putinə deyilir ki, müharibəni uzatmaq  Rusiyaya baha başa gələcək.

Qəvami SADIQBƏYLİ

02 İyun 2025-ci il

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 02 İyun 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri