Icma.az
close
up
RU
QLOBAL DƏYİŞİKLİKLƏR ASTANASINDAYIQ... Qəvami Sadıqbəyli yazır

QLOBAL DƏYİŞİKLİKLƏR ASTANASINDAYIQ... Qəvami Sadıqbəyli yazır

Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İkinci Dünya Müharibəsindən sonra qlobal təhlükəsizlik sistemində yeni arxitektura formalaşmışdı.
Amerikada ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) yaradılmışdı. USAİD Amerika Birləşmiş Ştatları hökumətinin müstəqil agentliyi idi. Təşkilat mülki qaydada xarici ölkələrə yardım göstərir və onların inkişaf etməsinə kömək edirdi. Büdcəsi  27 milyard dollardan çox  olan USAID dünyanın ən böyük rəsmi yardım agentliklərindən biri idi.

USAID üzdə xarici ölkələrə yardım edirdi. Reallıqda isə həmin ölkələrdə vətəndaş  cəmiyyətləri, yaxud qeyri-hökümət təşkilatları (QHT) adı altında ABŞ-ın siyasi tələblərini yerinə yetirən cəsus şəbəkələri yaradırdı. Sistem elə idarə olunurdu ki, ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən yerli təşkilatların rəhbərlərindən başqa (Vətəndaş Cəmiyətləri İnstitutlarının ( VCİ)  və Qeyri-Hökümət Təşkilatlarının 
QHT-lərin) çoxsaylı sıravi üzvləri mahiyyət etibarı ilə əslində ABŞ-a cəsusluq etdiklərini bilmirdi.
Bu qurumların rəhbərləri isə öz ölkələrində  demokratiyanın inkişafına  xidmət göstərdiklərini bəyan edir, USAİD tərəfindən  ayrılan milyon dollarla vəsaiti  xımır-xımır yeyirdilər. Sıravi üzvlərə isə bu böyük pulların cüzi bir hissəsi çatırdı.
Nəticə etibarı ilə ABŞ siyasi dairələri müxtəlif ölkələrin daxili işlərində aktiv şəkildə iştirak edir və yerli hakimiyyət əlehinə kütlə formalaşdırırdı.
Çox təəssüf ki, USAİD uzun illər  Azərbaycanda da sərbəst fəaliyyət göstərmişdir. Respublikamızda yüzlərlə VCİ və QHT indi də fəaliyyət göstərir. Bu təşkilatların bir çoxu həqiqətən ölkəmizdə  vətəndaş  cəmiyyətinin və demokratiyanın inkişafına xidmət edir. Lakin USAİD tərəfindən maliyələşən  qurumların səmimi  fəaliyyəti isə şübhə doğurur.
Bunlardan  başqa, ABŞ hökuməti tərəfindən maliyyələşdirilən "Amerikanın Səsi",  "Vaşinqton Post", "Azad Avropa /Azadlıq radiosu" da uzun on illər   xarici ölkələrdə  əsasən insanların fikrini qarışdlrmaqla məşğul olublar. İndi isə Tramp administrasiyası tərəfindən ABŞ-ın başqa ölkələrin daxili işlərinə qarışan və informasiya diversiyası ilə məşğul olan qurumların fəaliyyəti məhdudlaşdırılıb. USAID-ın yüzlərlə ölkədə həyata keçirilən  təxribatçı layihələrin maliyələşdirilməsi  əməliyyatları dayandırılıb. Bu o deməkdir ki, faktiki olaraq əslində milli hökumətlərə alternativ yaradılan təşkilatların və ayrı-ayrı  qüvvələrin fəaliyyətlərinə son verilir.
Bu hadisələrdən sonra uzun illər özlərinə titullu adlar seçən və "demokratiya", "insan haqlarından" ağız dolusu danışan, əslində isə sadə səmimi  insanların hissləri ilə oynayan bəzi təşkilatların  siyasi liderlərinin "bazarı" bağlanıb. Həmin "liderlərin" yürütdüyü ikiüzlü siyasətə inanan minlərlə  həqiqi  vətənpərvər insanlar uzun illər  mərhumiyyətlər yaşamışlar. Bu sadə insanlar ABŞ və  Avropa ölkələrində fəaliyyət göstərən təşkilatların bu liderləri , "demokratiya", insan  haqqları carçılarını"nədən  və nə üçün müdafiə etdiklərinin fərqinə varmırdılar.
İndi dünyamız qlobal dəyişikliklər astanasındadır. Baş verən tarixi - siyasi proseslərin bu mərhələsində  daha diqqətli olmalıyıq.

Qəvami  SADIQVBƏYLİ
17  mart  2025-ci  il

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 19 Mart 2025 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see563

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see410

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see284

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see281

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see270

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see265

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see251

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see240

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see240

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see238

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see233

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see230

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see224

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see223

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see219

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see214

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see193

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see187

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see186

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri