Icma.az
close
up
RU
İNDİKİ MƏRHƏLƏDƏ RUSİYA İLƏ NECƏ DAVRANMALIYIQ? Qəvami Sadıqbəyli yazır

İNDİKİ MƏRHƏLƏDƏ RUSİYA İLƏ NECƏ DAVRANMALIYIQ? Qəvami Sadıqbəyli yazır

Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son zamanlar Rusiya ilə Azərbaycan arasında gərginlik yaşanmaqdadır. 2024-cü ilin dekabr ayında Azərbaycanın mülki təyyarəsinin Rusiya Federasiyasına aid hava məkanında vurulması, 2025-ci il iyunun 27-də Yekaterinburq şəhərində azərbaycanlıların öldürülməsi və bu kimi digər təxribat xarakterli hadisələr münasibətlərin gərginləşməsinə səbəb oldu.

Bu gərginliyi artıran başqa nüanslar da var :
— Rusiyanın Voronej, Moskva vilayəti, Krasnodar kimi bölgələrində azərbaycanlılara qarşı etnik motivli zorakılıq halları artıb.
— Bəzi rus siyasətçilərinin (xüsusilə, Rusiya Dövlət Dumasının üzvləri arasında) Azərbaycana qarşı qərəzli çıxışları açıq təxribat və təhdid xarakteri daşıyır.
— Rusiya mediasında Azərbaycan əleyhinə kampaniyaların təşkili də ikitərəfli münasibətləri zədələyir.
Mahiyyət etibarilə Rusiya ilə Azərbaycan arasındakı indiki vəziyyət imperiya və müstəqil dövlətin dartışması xarakteri daşıyır.
Yəni, Rusiya Azərbaycana öz quberniyalarından biri kimi baxmaq istəyir.
Azərbaycan isə müstəqil siyasət yürüdür. Bakı Moskvadan ədalətli şərtlərlə münasibətlər saxlamağı tələb edir.
Hadisələrin gedişi göstərir ki, soyuqlaşma prosesi bir müddət davam edəcək. Yəni hazırkı mərhələdə imperiapərəst təfəkkürlü Rusiya siyasətçiləridən peşimançılıq və ya səhvlərini etiraf etmək kimi humanist addımlar atılmasını gözləmək mənasızdır.
Hazırda proseslər necə inkişaf edə bilər..?!
Müşahidələr göstərir ki, Kreml beynəlxalq hüquqları saymır və imperiya ambisiyalarını davam etdirir.
Bakı isə Xankəndidə region dövlətlərinin siyasi liderlərinin iştirakı ilə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə sammitini yüksək səviyyədə keçirdi.
Bununla da Bakı müstəqil siyasət yürütməkdə davam edəcəyi haqqında Moskvaya mesaj verdi.
Tarixi baxımdan dövlətçilik münasibətlərinin təhlili göstərir ki, böyük siyasətdə əbədi dostlar və əbədi düşmənlər olmur.
Sadəcə olaraq, hər bir dövlətin özünəməxsus milli maraqları var. Geosiyasi mövqeyindən və gücündən asılı olaraq bu maraqlar çox yaxud az olur.
Reallıq göstərir ki, hazırda:
— Rusiya Ukraynanın təmsilçiliyində “Kollektiv Qərb”lə müharibə aparır;
— Rusiya hərbi və iqtisadi cəhətdən kifayət qədər zəifləyib.
Bütün bunlara baxmayaraq :
1. Rusiya siyasi baxımdan hələ də ayaqdadır.
2. Rusiya Federasiyası dünyanın ən zəngin təbii resurslarına malikdir.
3. Rusiya Azərbaycan iqtisadiyyatı və ticarəti üçün "nəhəng bazar" olaraq qalır və qalacaq.
Təsadüfi deyil ki, mövcud gərginliyə baxmayaraq, Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi artıb.
Dövlət Statistika Komitəsinin məlumatlarına görə, bu ilin yanvar–may aylarında Azərbaycan Rusiyaya meyvə-tərəvəz ixracını ötən ilin həmin dövrü ilə müqayisədə fiziki çəkidə 20 faiz artırıb.
Azərbaycanın Rusiyadan buğda idxalı da 50 faizdən çox artıb.
Ümumilikdə, Azərbaycanın ixrac etdiyi yeyinti məhsullarının təxminən 80 faizi; idxal etdiyi ərzaq məhsullarının isə 25 faizi Rusiyanın payına düşür.
Belə bir mürəkkəb şəraitdə Rusiya ilə gələcək münasibətlərin qorunması üçün hansı addımlar atıla bilər...?
Hesab edirik ki:
 1. Yüksək səviyyəli siyasi dialoqun davam etdirilməsi və qarşılıqlı hörmətə əsaslanan danışıqların intensivləşdirilməsi zəruridir.
2. Rusiya ərazisində yaşayan azərbaycanlıların hüquqlarının qorunması üçün iki ölkə arasında daimi fəaliyyət göstərən işçi qrup yaradılmalıdır.
3. Rusiya ilə iqtisadi və nəqliyyat sahəsində əməkdaşlıq – xüsusilə, Şimal–Cənub Nəqliyyat Dəhlizi və enerji layihələri çərçivəsində – qarşılıqlı maraqlar əsasında davam etdirilməlidir4.  Azərbaycanın milli təhlükəsizliyi, iqtisadi dayanıqlığı və diplomatik imkanları gücləndirilməli; beynəlxalq təşkilatlarla əməkdaşlıq daha da dərinləşdirilməlidir.
 5. Rusiya ilə münasibətimizdə reallıqları nəzərə alaraq, emosiyalardan yox, milli maraqlardan çıxış etməliyik.
6.İqtisadiyyatımızı və Ordumuzu daha da gücləndirməliyik.
7. Beynəlxalq tərəfdaşlarımızla əlaqələri inkişaf etdirməliyik.
Ən əsası Rusiya ilə  maraq balansına söykənən diplomatik və qonşuluq münasibətləri xəttini qorumalıyıq.

Qəvami SADIQBƏYLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 14 İyul 2025 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri