Icma.az
close
up
RU
Rusiya Ukrayna münasibətlərinin yaxşılaşdırılmasına Azərbaycan öz dəstəyini heç vaxt əsirgəməyib

Rusiya Ukrayna münasibətlərinin yaxşılaşdırılmasına Azərbaycan öz dəstəyini heç vaxt əsirgəməyib

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Noyabrın 14-nə keçən gecə Rusiya silahlı qüvvələrinin Ukraynanın paytaxtı Kiyevə çoxkombinasiyalı hava hücumu nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin binasına ciddi ziyan dəyib. AZƏRTAC-ın xüsusi müxbiri hadisə yerindən xəbər verir ki, raketlərdən biri səfirliyin ərazisinə düşüb və orada böyük bir yarıq əmələ gəlib. Səfirliyimizin binası da daxil olmaqla divarlarına ciddi zərər dəyib. Divarın bir hissəsi uçub, həmçinin səfirliyin pəncərələri sınıb, diplomatlara məxsus avtomobillərə ziyan dəyib.

Milli Məclisin deputatı Tahir Rzayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiya ilə Ukrayna arasında bir neçə ildir ki, davam edən müharibə bəşəriyyəti ciddi düşündürür və hadisələrin gedişi göstərir ki, bu münaqişə hələ bir müddət davam edəcəkdir, çünki tərəflər razılığa gəlmək fikrində deyillər. İnsanlar məhv olur, şəhərlər, kəndlər, viran qalır. Hər gün faciələr, tələfatlar qeydə alınır.

Tahir Rzayev

“Azərbaycanın Ukraynadakı səfirliyinin binasının yaxınlığına düşən raket və bombalar bir daha göstərir ki, bu müharibə plansız və nəticəsiz bir müharibədir. Ölkə rəhbərlərinin zəif siyasi gedişlərinin, reallıqları düzgün qiymətləndirməmələrinin nəticəsidir. Ötkəmlik, siyasi savadsızlıq, insanların taleyinə laqeydlik, bu müharibəni səciyyələndirir. Biz səfirliyimizin ərazisinə yönəldilən raketləri və orada baş verən hadisələri divarların uçmasını, pəncərələrinin sınmasını avtomobillərə ziyan dəyməsini Rusiya tərəfindən Azərbaycana qarşı bir təxribat adlandıra bilmərik və bu, düzgün olmazdı. Çünki müharibədir, raketlər atılır, toplardan atəş açılır və bunun hara dəqiq dəyəcəyi məlum deyil və ola bilsin ki, təxribat xəbərlərini yayanlar bir daha Azərbaycan Rusiya münasibətlərinə xələl gətirmək istəyən adamlardır. Ancaq yenə deyirəm, biz bu hadisəni pisləyirik, müharibənin əleyhinəyik və nəinki Azərbaycan səfirliyinə dəyən ziyan, Ukraynanın və Rusiyanın hər bir kəndinə dəyən ziyan insanların tələfatı bizi ağrıdır. Çünki bu, insan həyatıdır. Uzun illər tikilən zəhmət çəkilən abadlaşdırılan şəhərlər kəndlərdir. İndi onların belə bir vəziyyətə düşməsi sülhsevər hər bir kəsi düşündürür və narahat edir. Azərbaycan xalqı istəyir və arzusudur ki, iki dövlət rəhbərləri tezliklə bir araya gəlsinlər, masa arxasında əyləşsinlər və bu müharibə danışıqlar sülh yolu ilə həll edilsin. Bu, nəinki iki dövlət üçün faydalı olar, eləcə də qonşu dövlətlər; Rusiya Ukrayna ilə əlaqəsi olan hər bir ölkə bundan faydalana bilər. Çünki müharibələr, münaqişələr heç bir dövlətə, xalqa fayda verməyib. Ona görə də biz tezliklə müharibənin başa çatmasının tərəfdarıyıq. Hər iki xalqa sülh, əmin-amanlıq arzusundayıq. Bunu ölkəmizin rəhbəri də dəfələrlə qeyd edib.

Daimi sülhü, əmin amanlığı, insan azadlığını, əməkdaşlığı sağlam münasibətlərini dəstəkləyib və Rusiya-Ukrayna münasibətlərinin yaxşılaşdırılmasına öz dəstəyini əsirgəməyib. Mövqe bəllidir. Bu insanın xoşbəxtliyi, gələcəyə inamıdır və əlbəttə, müharibənin qurtarması, başa çatması iki ölkənin xalqlarının gələcək xoşbəxtliyi üçün böyük bir töhfə ola bilər. Biz də bunu arzulayırıq və səfirliyimizə dəyən ziyan insanların keçirdiyi bu həyəcan təəssüfləndirir”-deyə Tahir Rzayev qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 14 Noyabr 2025 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri