Icma.az
close
up
RU
Rusiya Ukrayna: Qara dəniz müharibəsi ərzaq siyasətinə çevrilir

Rusiya Ukrayna: Qara dəniz müharibəsi ərzaq siyasətinə çevrilir

Icma.az bildirir, Newscenter.az portalına istinadən.


Son 24 saatda dünya siyasi palitrasında baş verən hadisələrə nəzər yetirəndə görünür ki: böyük güclərin qarşılıqlı asılılığı artıq sadəcə iqtisadi reallıq deyil, siyasi təzyiq vasitəsinə çevrilir.
ABŞ–Çin: Si Cinpin Vaşinqtona yalnız ticarət danışmağa gəlmir
Si Cinpinin ABŞ səfəri fonunda Pekin Tayvan məsələsini əsas “qırmızı xətlərdən” biri kimi saxlayır. Paralel olaraq kritik minerallar və nadir torpaq elementləri ABŞ–Çin rəqabətinin mühüm alətinə çevrilir.
Pərdəarxası məqam budur: Vaşinqton Çinin texnoloji yüksəlişini məhdudlaşdırmağa çalışır, lakin iki iqtisadiyyatın qarşılıqlı bağlılığı qalır. Siyasət ayrılmaq istəyir, iqtisadiyyat isə müqavimət göstərir. Buna görə Donald Tramp–Si Cinpin görüşünün siyasi çəkisi böyük razılaşmadan çox, rəqabətin sərhədlərinin müəyyənləşdirilməsindədir.
İran böhranı ABŞ–Çin rəqabətinin içinə keçir
İran üzərində real iqtisadi təzyiqin gücləndirilməsi məsələsində əsas problemlərdən biri Çinin İran neftinin böyük alıcılarından biri olmasıdır. Vaşinqton Çin şirkətləri və maliyyə strukturlarına təzyiqi artırarsa, İran məsələsi ABŞ–Çin iqtisadi qarşıdurmasının ayrıca cəbhəsinə çevrilə bilər.
Tehran isə Hörmüz boğazından danışıqlarda siyasi alət kimi istifadə edir. Hörmüz artıq yalnız hərbi və enerji boğazı deyil, diplomatik sövdələşmə kartıdır. Burada İran məsələsinin gələcəyi təkcə Vaşinqton və Tehrandan deyil, müəyyən dərəcədə Pekinin mövqeyindən də asılı olur.
Hörmüz: alternativ yol strateji üstünlüyə çevrilir
Hörmüzdə gəmi hərəkətinin ciddi azalması Körfəz dövlətlərini alternativ ixrac marşrutlarını genişləndirməyə sövq edir. Səudiyyə Ərəbistanının Hörmüzdən yan keçən Şərq–Qərb neft kəmərinə yenidən xüsusi əhəmiyyət verməsi bunun göstəricisidir.
Buradan Azərbaycan üçün çox konkret nəticə çıxır: geosiyasətdə alternativ yol artıq logistika məsələsi deyil, təhlükəsizlik və siyasi müstəqillik məsələsidir. Hörmüzün başına gələnlər Orta Dəhlizin də siyasi qiymətini artırır. Azərbaycanın üstünlüyü yalnız coğrafiyasında deyil, böhran zamanı alternativ yol təqdim edə bilməsindədir.
Rusiya–Ukrayna: Qara dəniz müharibəsi ərzaq siyasətinə çevrilir
Son analitik materiallarda Rusiya–Ukrayna müharibəsinin Qara dənizdə kənd təsərrüfatı və ərzaq daşımalarına təsiri ayrıca ön plana çıxarılır. Burada maraqlı məqam odur ki, mümkün Qara dəniz razılaşmasına yalnız Avropa deyil, ərzaq təhlükəsizliyindən asılı olan Qlobal Cənub dövlətləri də maraq göstərir.
Yeni diplomatik formula yarana bilər: Ukrayna müharibəsinin bəzi düyünlərini Qərb–Rusiya qarşıdurması ilə deyil, üçüncü dövlətlərin iqtisadi maraqları vasitəsilə açmaq. Türkiyənin Qara dəniz mexanizmlərində yenidən vasitəçi mövqeyə çıxması Ankaranın regional çəkisini də artırar.
Türkiyə: “Dünya beşdən böyükdür” artıq sistem mübahisəsidir
Sayın Rəcəb Tayyib Ərdoğan BMT Təhlükəsizlik Şurasının strukturu və veto sisteminin dəyişdirilməsi məsələsini yenidən gündəmə gətirib. Rusiya isə Təhlükəsizlik Şurasının genişləndirilməsini mümkün saysa da, veto hüququnun saxlanmasının tərəfdarıdır.
Burada Türkiyə–Rusiya münasibətlərindən daha böyük proses gedir. Orta və yüksələn güclər dünya siyasətində daha çox söz istəyirlər, köhnə böyük güclər isə sistemi dəyişməyə razıdırlar — öz imtiyazlarına toxunulmamaq şərtilə. Bu tendensiya Azərbaycanın da maraqlarına toxunur: çoxqütblü sistem orta dövlətlər üçün daha geniş diplomatik manevr sahəsi yarada bilər.
Günün əsas tezisləri
“ABŞ–Çin rəqabətinin paradoksu budur: siyasət ayrılmaq istəyir, iqtisadiyyat isə ayrılmır.”
“Hörmüz göstərir ki, XXI əsrdə alternativ dəhlizə sahib olmaq bəzən enerji ehtiyatına sahib olmaq qədər stratejidir.”
“Yeni dünya nizamı yalnız böyük güclərin mübarizəsi deyil — orta dövlətlərin daha çox söz haqqı tələb etməsidir.”
Vüqar İskəndərov. Milli Məclisin deputatı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 23 Sentyabr 2026 19:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see707

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see578

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see325

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see297

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see294

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see284

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see283

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see260

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see257

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see254

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see247

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see245

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see244

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see241

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see240

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see240

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see235

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see221

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see213

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri