Rusiya Ukraynada bir sıra obyektlərə zərbə endirdi
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiya Müdafiə Nazirliyi Ukraynada logistika mərkəzinə, enerji və dəmir yolu infrastrukturu obyektlərinə zərbələr endirildiyini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, nazirliyin məlumatına görə, Rusiya Silahlı Qüvvələri gecə saatlarında Ukraynadakı müxtəlif hədəflərə hücumlar həyata keçirib.
Bildirilib ki, Odessa vilayətində hərbi yüklərin saxlanması və paylanması üçün istifadə edilən “Novaya Poçta” logistika mərkəzi də hədəfə alınıb.
Açıqlamada Odessa və Nikolayevdəki limanların fəaliyyətini təmin edən iki transformator yarımstansiyasına da zərbə endirildiyi qeyd olunub.
Həmçinin Ukraynanın qərb bölgələrində Avropa ölkələrindən hərbi yüklərin daşınması üçün istifadə edilən dəmir yolu infrastrukturu obyektlərinin vurulduğu bildirilib.
Rusiya Müdafiə Nazirliyi hücumların havadan yüksəkdəqiqlikli silahlar və pilotsuz uçuş aparatları ilə həyata keçirildiyini açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 13 Sentyabr 2026 14:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















