Rusiya Ukraynanı “İsgəndər” raketi ilə vurub
Icma.az bildirir, Reyting.az saytına əsaslanaraq.
Rusiya ordusu bu gecə Kiyev və Krivoy Roqu “İsgəndər-M” ballistik raketi ilə vurub.
Reyting.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, ruslar Bryansk vilayətindən altı, Krımdan isə bir raket atıb. Müdafiə qüvvələri altı ballistik hədəfi vura bilib.
Bundan əlavə, ruslar Ukraynaya 123 ədəd “Şahed” tipli hücum PUA-lar və digər model dronlarla hücum ediblər. Hücumların hədəfi Xarkov, Poltava, Sumı, Kiyev, Çerkassı, Çerniqov, Kirovoqrad, Jitomir, Dnepropetrovsk, Xerson və Nikolayev vilayətləri olub. Ukrayna ordusu 71 hücum PUA-sı vurub.
E. KAMAL

Ruslar Ukraynanı “İsgəndər” raketləri ilə vurub
20 Avqust 2025 17:01
Rusiya Ukraynanı raket atəşinə tutdu: “Kinjal”, “İsgəndər”…
17 Noyabr 2024 12:29
Rusiya “Xəncər” və “İsgəndər”lərlə Ukraynanı vurdu
21 Avqust 2025 11:21
Rusiya Ukraynanı “Oreşnik” ballistik raketi ilə vurub
22 Noyabr 2024 00:46

