Icma.az
close
up
RU
Rusiya Ukraynaya humanitar yardım etdiyimizə görə əlaqə ləri kəssə, özü bizdən daha çox ziyan görəcək

Rusiya Ukraynaya humanitar yardım etdiyimizə görə əlaqə ləri kəssə, özü bizdən daha çox ziyan görəcək

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Rusiya Bakının Kiyevə humanitar yardım göndərmək qərarına cavab olaraq, Azərbaycan mallarının idxalına qadağa qoya bilər. Bu barədə Dövlət Dumasının deputatı Andrey Qurulev özünün Teleqram kanalında bildirib. Siyasətçi vurğulayıb ki, Rusiya kimi böyük dövlətlə münasibətləri korlamaq ağılsızlıqdır. “Əgər Rusiyada piştaxtalarda Azərbaycandan mal yoxdursa, o zaman bizim üçün heç nə dəyişməyəcək, amma onlar üçün çox dəyişəcək”, o qeyd edib. Qurulev Rusiya Federasiyasında pul qazanan azərbaycanlı iş adamlarına “toxunulmasını” da təklif edib. Deputat sonda əlavə edib ki, Rusiyanın bütün sərhədi boyunca xüsusi əməliyyat keçirilə bilər.

Xatırladaq ki, Azərbaycan Ukraynaya humanitar yardım üçün iki milyon dollar ayırıb. Müvafiq sərəncamı ölkə prezidenti İlham Əliyev imzalayıb. Bildirilib ki, Azərbaycan Kiyevə öz istehsalı olan elektrik avadanlıqlarını göndərəcək.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiyanın Dövlət Dumasının deputatı Andrey Qurilyovun bəyanatı çıxışları daha çox siyasi xarakter daşıyır.

Akif Nəsirli

Akif Nəsirli təəssüflə qeyd edib ki, Rusiya hələ də sivil dövlətçilik prinsipləri ilə idarə edilmir və yeri gələndə cəngəllik qanunlarından da istifadə edir.

Azərbaycan və Rusiyanın əlaqələrin kəsilməsinin təsirləri ilə bağlı iqtisadçı bildirib ki, Azərbaycandan Rusiyaya ixracat ölkə ixracatının 5-7 faizi qədər təşkil edir, yəni Azərbaycanın ixracatında Rusiyanın payı 5-7 faiz təşkil edir: “Bunun da əksəriyyəti, kənd təsərrüfatı məhsulları, pomidor, xiyar, meyvə, bir çox hallarda yumurta və bu məhsullar Rusiya bazarının tələbatıdır. Yəni orada Rusiyada daha çox məhsul tələb olunur. Bizim Rusiyadan idxalımızın ümumi dəyəri 15 faizə qədərdir. Biz Rusiyadan əsasən taxıl idxal edirik. Meşə materialları, sənaye məhsulları və s. Amma onların miqdarı azdır. Rəqəm baxımından götürəndə biz ixracatımızın 7 faizini, Rusiya isə ixracatının 15 faiz itirir. Yəni Rusiya bizdən iki dəfə daha çox itkiyə məruz qalacaq. Amma Rusiya bunu unudur”.

İqtisadçı hesab edir ki, bu proses baş versə, Azərbaycanda daha çox itkiyə məruz qalan sektor kənd təsərrüfatı sektoru olacaq. Akif Nəsirlinin sözlərinə görə, burada çətinliklər olacaq: “Amma bir müddətdən sonra Orta Asiya, Avropa ölkələri və Mərkəzi Asiya ölkələrinə öz məhsullarımızı ixrac edə bilərik. Sadəcə olaraq, Avropa bazarlarına çıxmaqdan ötrü keyfiyyət uyğunlaşması vacibdir. Bu da müəyyən vaxt aparacaq.

Azərbaycanla əlaqələrin kəsilməsi Rusiya bazarları üçün də zərərsiz ötüşməyəcək. Xüsusilə də qış mövsümündə mülayim iqlim şəraitində yetişdirildiyinə görə pomidor ucuz başa gəlir, yüksək keyfiyyətli olur. Bu məhsulun yerini nə Türkiyə, nə Özbəkistan, nə Qazaxıstan istehsalçıları doldura bilməyəcək və kəsir yaranacaq. O məhsullar da, bu da qiymətin bahalaşmasına gətirib çıxaracaq. Onsuz da Rusiyada iqtisadi böhran sanksiyalar dərinləşdikcə qiymət artımları aktuallaşır. Burda da bir təzyiq yarana bilər. Yəni bu əlaqələrin iqtisadi əlaqələrin kəsilməsi yalnız Azərbaycana deyil, həm də Rusiyaya təsir göstərə bilər”.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 14 Avqust 2025 02:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see249

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see217

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see193

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see185

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see183

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see151

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see149

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see145

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see143

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see140

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see139

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see139

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see135

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see134

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see133

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see133

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see130

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see128

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri