Rusiya və ABŞ “doqquza doqquz” formatı ilə yeni məhbus mübadiləsi üzərində işləyir
Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Tramp telefon danışığında “doqquza doqquz” formatı ilə yeni əsir mübadiləsini müzakirə ediblər.
“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin köməkçisi Yuri Uşakov bildirib.
"Bu, mühüm humanitar aksiyadır, son aylar ərzində artıq bir neçə belə aksiya keçirilib. Prezidentlər qeyd ediblər ki, hazırda "doqquza doqquz" formatında əsir mübadiləsi üzərində iş gedir", - Kreml sözçüsü bildirib.
Qeyd edək ki, iki ölkə liderləri arasında əsirlərin mübadiləsi ilə bağlı razılaşma hələ qışda tətbiq edilib. Belə ki, fevralın 13-də ABŞ-də kriptovalyuta birjasının idarə edilməsində iştirak etməkdə ittiham olunan Aleksandr Vinnik Rusiyada narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə saxlanılan Mark Vogelin müqabilində ölkəsinə qaytarılıb. Aprelin 10-da ABŞ-də Rusiya ordusunu elektronika ilə təmin etməkdə ittiham olunan Artur Petrov Rusiyada dövlətə xəyanətdə təqsirli bilinən Kseniya Karelina ilə dəyişdirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 19 May 2025 23:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















