Icma.az
close
up
RU
Rusiya və Çin bu iki təşkilat yarandığı gündən bəri vahid mövqedən çıxış edirlər

Rusiya və Çin bu iki təşkilat yarandığı gündən bəri vahid mövqedən çıxış edirlər

Icma.az bildirir, Adelet.az portalına istinadən.

"Rusiya Ukraynaya qarşı işğalçı müharibəni davam etdirdikcə Çindən asılılığı artır. Rusiya Qərbə sata bilmədiyi yeraltı resurslarını Çinə satır, Qərbdən ala bilmədiyi texnologiyaları Çindən alır. Rusiyanın baş naziri Mixail Mişustin 4 noyabrda  Pekində Çin lideri Si Cinpinlə birgə kommünike imzalayıb. Sənədə əsasən, Rusiya və Çin bütün sahələrdə əməkdaşlığı genişləndirməyə və xarici çağırışlara müvafiq şəkildə cavab verməyə davam edəcəklər". 

Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. 

O, bildirib ki, sənəddə əməkdaşlığın bütün sahələrini əhatə edən bəndlər var: 

"Birincisi, Rusiya və Çin İkinci Dünya Müharibəsinin nəticələrinin təftiş olunmasına və tarixinin saxtalaşdırılmasına qarşı mübarizə aparmaq üçün birgə işləyəcəklərini bəyan ediblər. İkincisi, Rusiya bir daha Tayvanın ayrılmaz hissəsi olduğu və "vahid Çin" prinsipinə sadiqliyini təsdiq edib. Bu bəndin sənədə salınması sual doğurur. Çünki, Rusiya onsuz da illərdir Tayvan məsələsində Çinin mövqeyini dəstəkləyir. Görünür, Kreml bu bəndin sənəddə yer almasına ona görə ehtiyac duyub ki, Pekin də Rusiyanın maraqlarına cavab verən digər bəndin sənəddə yer almasına razılaşsın. Bəndlərin birində Çinin Rusiyanın təhlükəsizliyin, sabitliyin və suverenliyin təmin edilməsi səylərini dəstəklədiyi bildirilib. Heç bir ölkə Rusiyaya hücum etməyib. Əksinə, Rusiya Ukraynaya qarşı işğalçı müharibəni davam etdirir. Belə çıxır ki, Pekin Rusiyanın “təhlükəsizliyi və suverenliyinin təmin edilməsi” bəndi çərçivəsində bu ölkənin işğalçı müharibəsini dəstəkləyir. Halbuki, Pekin Rusiya-Ukrayna müharibəsinin uzanmasından narahat olmağa başlayıb. Çünki, bu müharibə Çinin iqtisai maraqlarına mənfi təsir edir". 

Politoloqun sözlərinə görə, Rusiyanın və Çin fəaliyyətlərinin siyasiləşdirilməsinə qarşı çıxmaq üçün beynəlxalq təşkilatlarda əməkdaşlığı davam etdirmək barədə razılığı bəndində yeni heç nə yoxdur: 

"Rusiya və Çin başda BMT olmaqla müxtəlif beynəlxalq təşkilatlarda müzakirəyə çıxarılan məsələlərdə ortaq mövqedən çıxış edirlər. Rusiya və Çinin BRICS və Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığı gücləndirmək niyyətində olduğunu göstərən bəndin sənədə salınması da maraq doğurur. Çünki, Rusiya və Çin bu iki təşkilat yarandığı gündən bəri vahid mövqedən çıxış edirlər. Sənəddə diqqət çəkən bəndlərdən biri Rusiya və Çinin Arktikada sülh və sabitliyin təşviqi, kosmik fəaliyyətin bütün sahələrində əlaqələrin dərinləşdirilməsi, ay stansiyasının tikintisi layihələrini dəstəkləmək və ayın tədqiqat missiyalarını əlaqələndirmək barədə razılığa gəlməsi barədədir. Rusiya və Çinin son illərdə Arktikaya marağı artır. Hər iki ölkə Arktikanın resurslarını əldə etməyə çalışır. 

Göründüyü kimi, Rusiya və Çinlə arasında imzalanan sənəddə xüsusi heç nə yoxdur. Mixail Mişustinin Pekinə səfəri Çin lideri Si Cinpinin ABŞ Prezidenti Donald Trampla görüşündən bir neçə gün sonraya təsadüf edib. Kreml Pekinin Vaşinqtonla yaxınlaşa biləcəyindən narahat olduğuna görə Mixail Mişustini Pekinə səfərinə və birgə kommünikeyə ehtiyac duyub. Halbuki, rusiyalı iqtisadi ekspertlər Çinin başqa ölkələrə müqayisədə Rusiyada yatırımlarının az olduğunu vurğulayırlar.  Çünki, Pekin ABŞ-ın Rusiyaya qarşı sanksiyalarından ehtiyat etdiyinə görə qonşu ölkəyə böyük yatırımlar həyata keçirməyi lazım bilmir. Bu arada, ABŞ-nin Rusiyanın iki böyük neft şirkətinə qarşı sanksiyalar tətbiqindəndən sonra Çinin neftayrıma zavodlarının Rusiya neftinin alışını azaltmağa başlaması barədə xəbərlər yayılmağa başlayıb". 

Vasif ƏLİHÜSEYN

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://adalet.az
archiveBu xəbər 06 Noyabr 2025 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mirədalət Talışxanova hökm oxundu

04 Noyabr 2025 17:57see227

Şəbnəmin fanatına etdiyi hərəkət qınandı VİDEO

05 Noyabr 2025 22:09see191

Azərbaycan millisinin voleybolçusu: “İlk oyunda qazanılan qələbə vacib idi”

05 Noyabr 2025 01:52see180

Yaponiya Kremlə zərbə endirir...

04 Noyabr 2025 21:47see144

Bakıda metrolarda yeni ödəniş qaydası tətbiq olunur

04 Noyabr 2025 16:34see143

Kriştianu Ronaldu karyerasını bitirəndən sonra nə işlə məşğul olacağını açıqladı

04 Noyabr 2025 23:07see135

Mərkəzi Bankın sədri özünə daha bir müşavir təyin edib

05 Noyabr 2025 09:50see134

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see134

ÇL: “Bavariya” PSJ ni , “Liverpul” “Real”ı məğlub edib YENİLƏNİB

05 Noyabr 2025 02:03see132

Yəməndə Əl Qaidə komandiri öldürülüb

05 Noyabr 2025 00:52see132

Prezidentin Ana dili ilə bağlı tapşırığına əsasən AMEA hansı tədbirləri görəcək? İsa Həbibbəylidən ÖZƏL AÇIQLAMA

04 Noyabr 2025 17:21see130

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see130

Azərbaycanlıların qışda ən çox yediyi yeməklə bağlı həkimdən XƏBƏRDARLIQ

05 Noyabr 2025 08:44see130

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see128

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see128

Uzak Şehir in vurulma səhnəsi BƏYƏNİLMƏDİ

04 Noyabr 2025 17:50see128

İxrac etdiyimiz yağ daxildə satılandan niyə ucuzdur?

05 Noyabr 2025 08:31see127

Real dan penalti zərbələri ilə bağlı qərar

05 Noyabr 2025 00:37see124

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see124

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri